6. 691 dəfə oxunub ,   2 şərh   Çap et

سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ

“Subhanə rəbbiyəl azim”

Sübhansan ya Rəb! Səni təsbih edirəm, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, mütəalsan

سُبْحَانَ ذِى الْجَبَرُوتِ وَالْمَلَكُوتِ وَالْكِبْرِيَاءِ وَالْعَظَمَةِ

“Subhanə zil cəbəruti vəl mələkuti vəl kibriyəi vəl azəməti”

Cəbərut (əsma-sifət və ya bərzəx aləmi), mələkut (məlaikə və ruhanilərə məxsus aləm yəni varlığın pərdə arxası), kibriya (ululuq) və əzaəmət sahibi Allahı təsbih edirəm.

سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي

“Subhanə kəllahummə rabbənə və bihəmdikə allahum məğfir li”

Səni təsbeh edirem Allahım.. Sənə məxsus həmd ilə Səni təsbeh edirəm ey hər şeyin, mənim də Rabbim.. Allahım, bağışla məni.

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddusun rabbul mələikəti vər ruhi”

Ey bütün əksik və qüsurlardan münəzzəh olan Sübbuh və bütün üstün vəsiflari, kəmal, fəzilət və gözəllik sifətlərini Zatında cəm edən Qüddüs; ey mələklərin və Ruhun Rəbbi! Səni təsbih ü təqdis edirəm.

سُبْحَانَ اللّٰهِ وَبِحَمْدِهِ سُبْحَانَ اللّٰهِ الْعَظِيمِ

“Subhanəllahi və bihəmdihi subhanəllahil azim”

Sübhansan ya Rəb! Həmd ü səna duyğularıyla dolu olaraq Səni təsbih edirəm. Ey Uca Allahım, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, mütəalsan!

 اللَّهُمَّ لَكَ رَكَعْتُ وَبِكَ آمَنْتُ وَلَكَ أَسْلَمْتُ أَنْتَ رَبِّي خَشَعَ سَمْعِي

 وَبَصَرِي وَمُخِّي وَعَظْمِي وَعَصَبِي وَمَااسْتَقَلَّتْ بِهِ قَدَمِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ

“Allahummə ləkə rakətu və bikə əməntu vələkə əsləmtu əntə rabbi xassə səmi və basari və muxxi və azmi və asabi və məstəqallət bihi qadəmilləhi rabbil aləmin”

Allahım, Sənə rüku etdim, Sənə inandım və Sənə təslim oldum. Sən Mənim Rəbbimsən. Qulağım, gözüm, beynim, iliyim, sümüyüm, əsəblərim və ayaqlarımın daşıdığı hər şey, aləmlərin Rəbbi Allaha boyun əymiş, itaət etmişdir.

 



Açar sözləri

namaz duaları rüku

Bənzər məqalələr

Rükuda oxunan dualar

Rüku lüğətdə “əyilmək” mənasını verir. Namazın əsas ünsürlərindən biri olan rüku əllər dizlərə çatacaq şəkildə önə doğru əyilmək deməkdir.

Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.

Rəsulullahın (s.ə.s) təhəccüdə qalxanda oxuduğu dua

Allahım, Sənə həmd olsun. Sən səmaları, yeri və içində olanları var edən Qayyumsan. Sənə həmd olsun. Sən səmaların, yerin və içindəkilərin həqiqi sahibi olan Məliksən. Və Sənə həmd olsun, Sən səmaların, yerin və içindəkilərin Nurusan.

Namazdakı hərəkətlərin hikməti və mənaları

Namazı layiqincə qılmağa çalışan bir mömin öz səviyyəsində meraca yüksəlmiş sayılır. Müsəlman da namaz ibadətini nə qədər layiqincə yerinə yetirə, namazda ilahi dərgaha nə qədər ürəkdən yönələ bilirsə, o səviyyədə meraca yüksəlmiş olur. Özünü Uca Allahın dərgahında hiss edir, sanki Onu görür. Qəlbi imanla elə coşub-daşır ki, elə bil yer üzündə deyil, Rəbbin dərgahında rüku edir, alnını torpağa deyil, İlahinin hüzuruna qoyur.

Rükudan qalxdıqdan sonra oxunan dua və zikrlər

Ey Rəbbimiz, göyləri, yeri, arasında hər şeyi və daha başqa dilədiyin şeyləri dolduracaq qədər həmd Sənə məxsusdur.


2 şərh yazılıb
  1. Fuad , 02/07/2016 tarixində, saat 08:07

    Paylasdiginiza gore derin minnetdarligimi bildirirem. Allah Sizlerden razi olsun! Elave bir xahisim olacaqdir ki, mumkunat daxilinde erebceden oxunuslarini da yazardiniz. Tesekkurler.

  2. Memmed , 14/06/2020 tarixində, saat 00:06

    Cox sağolun. Allah razi olsun

Şərh yaz