2. 149 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulunun mərhəmət və șəfqəti də Peyğəmbər fətanətinin bir yönünü təșkil edir. Onun șəfqət və mərhəmətində, eyni zamanda möhtəșəm bir qavrayıșın bambaşqa bir dərinliyi var. Bəli, Rəsulullah (s.ə.s.) Allah-Təalanın Rahmən və Rahim isminin yer üzündə yeganə təmsilçisi olaraq bu iki müqəddəs ilahi sifətdən bir iksir kimi istifadə etmiș və bütün könüllərdə taxt qurmușdur. Onsuz da, șəfqət, mərhəmət, həlimlik və səmimiyyət qədər insanı kütlələrə qəbul etdirən, sevdirən ikinci bir vəsilə yoxdur. Bəli, Allah Rəsulu daxili zərafəti, fövqəladə qabiliyyəti və fətanəti ilə mərhəmət və șəfqəti müstəsna şəkildə dəyərləndirmişdir ki, bu da Onun  peyğəmbərlik  dəlillərindən biridir.

Allah (c.c.) Onu bütün aləmlərə mərhəmət olaraq göndərmișdir. Quranda onun haqqında belə buyrulur: “Ta Ha! Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!”[1] Bəli, O, pak Haqq mərhəmətini əks etdirir. Sanki səhra ortasında bir bulaq, bir kövsər hovuzudur, qabını götürüb gələn hər kəs o hovuza üz tutur, həm qabı doldurur, həm də doyunca içir. Bəli, O, mərhəməti ilə kövsər bulağıdır.. Kim istəsə, Ondan istifadə edə bilər.

Hz. Məhəmməd Əleyhissalam əngin sevgisi ilə bütün insanlığı və bütün varlığı bağrına basmışdır. Allah-Təala Ona buyururdu: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərə əhəmiyyət vermə!”[2] Rəvayətə görə, bu ayə nazil olunca Cəbrail (əleyhissalam) gəldi. Allah Rəsulu:

– Ey Cəbrail, bu ayənin mənası nədir? – deyə sorușdu. Cəbrayıl:

–  Ən doğrusunu Allah bilir, – deyib getdi. Bir az sonra gəldi və:

– Ey Məhəmməd! Allah-Təala Sənə Səninlə qohumluq əlaqələrini kəsəni ziyarət etməyi, Səni məhrum edənə verməyi, Sənə zülm edəni bağıșlamağı əmr edir, – dedi.[3]

Ancaq Onun əngin șəfqəti və dərin mərhəməti bu məsələləri istismar edənlərin sevgi və șəfqət anlayıșları kimi, kağız üzərində və quru bir fikir olaraq qalmamıșdı. Əksinə, qısa vaxtda həyata tətbiq edilmiș və bütün ənginliyi ilə təmsil edilmișdir. Bu mənada Allah Rəsulunun elə bir düșüncəsi yoxdur ki, həyata keçirilməsin.

Allah-Təala məhz Rəsulu ümməti içində olduğuna görə insanları kütləvi həlakla imtahana çəkmir. Qurani-Kərimdə: “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır”.[4] – buyurulur. Bu ayə Peyğəmbərimizin cahanşümul mərhəmət və șəfqətinə dəlildir. Bu mənada O: “Mən lənətedici olaraq deyil, mərhəmətedici olaraq göndərildim,”[5] – deyə buyurur.

O, yerdə ağlayan bir ușaq görəndə oturar, onunla ağlar, inləyən ananın iztirabını ruhunda hiss edərdi. Bəli, yenə Əbu Hureyrənin rəvayət etdiyi bir hədis və Onun dillərə dastan șəfqəti: “Mən namaza başlayır və onu uzun qılmaq istəyirəm. Sonra bir ușağın ağladığını eșidirəm. Anasının buna görə keçirdiyi həyəcanı bildiyim üçün namazı tez qılıb bitirirəm”.[6]

Onun övladlarına șəfqəti tamam fərqli idi. Çox vaxt oğlu İbrahimə dayəlik edən ailəyə baş çəkər, onu qucağına alar və uzun müddət əzizləyərdi. İbrahim vəfat edəndə də göz yașları tökmüșdü.[7]

Bir hədisi-șərifdə: “Siz yerdəkilərə mərhəmət edin ki, göy əhli də sizə mərhəmət etsin,”[8] – deyə buyurur.

Allah Rəsulu qohum-əqrəbası kimi yaxın-uzaq dostlarına da dərin məhəbbət və mərhəmət göstərərdi.

O yalnız insanlara deyil, heyvanlara da șəfqətli idi. Bir qadının bir pişiyi ac saxladığına görə cəhənnəmə girdiyini xəbər vermiș;[9] əxlaqsız bir qadının susuzluqdan əldən düșmüș bir itə su içirdiyinə  görə cənnətə getdiyini[10] müjdələmișdi.

Yenə bir dəfə bir səfərdən qayıdırdılar. İstirahət vaxtı bəzi səhabələr bir quș yuvası görmüș və balaları götürüb oxşamağa bașlamıșdılar. Elə bu   vaxt ana quș gəldi və balalarını onların əlində gö­rüncə çırpınmağa bașladı. Bu hadisədən xəbər tutan Allah Rəsulu çox cəlallandı və dərhal balaları yuvaya qoymağı əmr etdi.[11] Bəli, Onun mərhəməti heyvanları da əhatə edirdi. Bu mənada Allah qədim peyğəmbərlərdən birinə qarıșqa yuvasına görə xəbərdarlıq etməmișdimi?

Bu peyğəmbər bilərəkdən və ya bilmədən qarıșqaları yandırmıș, bunun ardınca da Allahdan xəbərdarlıq gəlmişdi.[12] Bu və bənzəri hadisələri bizə nəql edən Allah Rəsulunun bașqa șəkildə davranması mümkündürmü? Çox keçməyəcək Onun ümmətindən “qarıșqanı belə tapdalamayan həzrət”lər yetişəcəkdi. Çünki onlar ayaqlarına zınqrov taxıb yeriyəcəkdilər. Beləcə həșəratlar zınqrov səsini eşidib uzaqlașacaq və ayaq altında qalıb əzilməyəcəkdi… Aman Allahım! Bu necə dərin və əngin șəfqət və mərhəmətindən nümunəsidir?! Bəli, Onun mərhəməti qarıșqalar da kənarda qalmamışdı. Qarıșqanı belə əzməyən bu insanların bəşər övladına zülm etməsi mümkündürmü? Xeyr, onların bilərək və qəsdən haqsızlıq etməsi mümkün deyil!..

İbn Abbas rəvayət edir: “Allah Rəsulu ilə bir yerə gedirdik. Bir nəfər kəsmək üçün bağladığı qoyunun gözü qabağında bıçağını itiləyirdi. Allah Rəsulu ona: “Onu bir neçə dəfə öldürmək mi istəyirsən?”[13] – buyurdu. Bu, bir mənada həmin șəxsə xəbərdarlıq idi.

Abdullah b. Cəfər (r.a.) rəvayət edir: “Allah Rəsulu bir neçə səhabəsi ilə bir  bağa girdi. Bağın küncündə arıqlayıb əldən düşmüş bir dəvə var idi. Dəvə Allah Rəsulunu görən kimi göz yașı axıtdı. İki Cahan Sərvəri dərhal dəvəyə yaxınlaşdı. Bir müddət dəvənin yanında qaldı, sonra sahibini çağırtdırıb dəvəyə yaxșı baxmaq barəsində sərt xəbərdarlıq etdi.”[14]

Əslində, Allah Rəsulu (s.ə.s.) insanları o qədər sevirdi ki, bu yolda gözünü qırpmadan özünü fəda edərdi. Bəzən hətta Qurani-Kərimin də Onu müsbət mənada orta yola çağırması buna bariz sübutdur. Allah-Təala: “(Ya Rəsulum!) Yoxsa onlar Qurana inanmırlar deyə arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!”[15] – deyə buyururdu.

Peyğəmbərlik ərəfəsində özünü bir mağarada məhbus etməmișdimi? İlk vəhy də orada gəlmişdi. Demək ki, Onun insanlara sonsuz sevgisi vardı və bu yola baș qoymușdu.

Allah Rəsulunun cihad anlayıșı da peyğəmbər mərhəmətindən qaynaqlanırdı. Bəli, insanlar cihad zamanı, bəlkə də, dünya həyatında müəyyən əziyyətlərə düçar olacaqdılar, lakin əbədi həyat üçün qazanılan mükafatlar bu zərəri heçə endirəcəkdi! Allah Rə­sulu qılıncının ucu ilə cənnətə gedən yolları açırdı. Bu da Onun aləmlər üçün mərhəmət təcəssümü olmasının başqa bir tərəfi …



[1]. Ta Ha, 20/ 1-2

[2]. Əraf, 7/199

 [3]. Təbəri, 6/154

[4]. Maidə, 5/118

 [5]. Müslim, 4/2006

 [6]. Buxari, 1/250; Müslim, 1/342; Əbu Davud, 1/269

 

[7]. Müslim, 22/630

 

[8]. Tirmizi, 4/323

[9]. Müslim, 4/2023; Əhməd b. Hənbəl, 2/317

 [10]. Buxari, 3/1206; Əhməd b. Hənbəl, 2/510;

 [11] Əbu Davud 2/61; Hakim, Müstədrək, 4/267

[12]. Buxari, 3/1099, 1206; Müslim, 4/1759

 [13]. Hakim, Müstədrək, 4/231, 233

 [14]. Təbərani, Mucəmul-əvsat, 9/81

 [15]. “Kəhf” surəsi, 18/6

 




Şərh yaz