- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qurbanlıq heyvanın yaşı

Rəsulullah (s.a.s.) qurbanlıq heyvanın yaşı haqda belə buyurmuşdur:

Qoyun cinsindən olan heyvanın cəzəə olması kifayətdir.”[1]

“Cəzəə” bir yaşını bitirmiş qoyun mənasına gəldiyi üçün altı aylıq olmasına baxmayaraq bir yaşındakı kimi görünən quzunu da ifadə edir. “Cəzəə” inək cinsində üç, dəvə cinsində beş yaşın içində olan heyvan deməkdir.[2]

Qoyun və keçinin ya bir yaşı tamam olmalı, və ya qoyunlar yeddi-səkkiz aylıq olmasına  baxmayaraq, bir yaşlı heyvan kimi görünməlidir. Dəvənin ən azı beş, inəyin isə iki yaşı tamam olmalıdır.


[1] İbn Macə, Ədahi, 7; Əhməd bin Hənbəl, Müsnəd, VI, 368.
[2] Bax: Tirmizi, Ədahi, 7; Şövkani, Neylul-əvtar, IV, 350.