Lüğəvi mənasına görə ərəbcə “q-r-b” kökündən törəmiş məsdər kimi “mənən yaxınlaşmaq, yaxın olmaq və məşvərət edilən (yaxud danışılan)” mənalarını verməklə yanaşı, eyni kökdən törəmiş isim kimi götürdükdə “insanı Allah yaxınlaşdıran səbəb, vəsilə” anlamına gəlir.[1] Qurban kəlməsi kök etibarilə məsdərdir, ikilik (təsniyə) və cəm şəkilçiləri qəbul etmir.[2]
Qurban adət-ənənəmizdə Allaha yaxınlaşmaq üçün kəsilən heyvana (qurbanlığa) deyilsə də, əsl mənası Allaha yaxın olmaq üçün nəzərdə tutulan hər hansı bir şey deməkdir ki, bu da istər qurbanlıq, istərsə digər sədəqələrdən daha əhatəli və ümumi məzmun ifadə edir.[3]
İslam ədəbiyyatında isə qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir. Daha doğrusu, qurban xırdabuynuzlu (qoç, qoyun, keçi), iribuynuzlu heyvanları (öküz, inək, dana, camış) və ya dəvəni Qurban bayramının ilk üç günündə (zilhiccənin 10, 11 və 12-ci günlərində) Allaha ibadət və mənən yaxınlaşmaq niyyəti ilə müəyyən edilmiş qaydalara uyğun kəsməkdir.
[2]Təbətəbai, əl-Mizan fi Təfsiril-Quran, 5/503, baxın: “Maidə” surəsi 5/27, 32-ci ayələrin təfsiri.
Qoyun və keçinin hər biri yalnız bir nəfərin adına qurban kəsilir. Bir dəvə yaxud bir sığır (inək və camış) bir nəfərdən yeddi nəfərə qədər şərikli qurban kəsilə bilər.
Qoyun və keçinin ya bir yaşı tamam olmalı, və ya qoyunlar yeddi-səkkiz aylıq olmasına baxmayaraq, bir yaşlı heyvan kimi görünməlidir. Dəvənin ən azı beş, inəyin isə iki yaşı tamam olmalıdır.
“Rəsulullah (s.a.s.) qurban ətinin üçdə birini ailə fərdlərinə ayırar, üçdə birini yoxsul olan qonşularına paylayar, geri qalan üçdə birini də sədəqə verərdi.”
İslam alimlərinin əksəriyyətinə görə, qurban ətini üç hissəyə bölmək müstəhəbdir.
Sual: Əhliləşdirilmiş maral, ceyran, cüyür, çöl öküzü, çöl qoyunu, dağ keçisi, vəhşi iribuynuzlu heyvan, vəhşi camış, vəhşi dəvə və zürafə kimi əti halal olan otyeyən heyvanları qurban kəsmək olar?