Aylıq namaz vaxtları
3. 725 dəfə oxunub ,   0 şərh   Çap et

Lüğəvi mənasına görə ərəbcə “q-r-b” kökündən törəmiş məsdər kimi “mənən yaxınlaşmaq, yaxın olmaq və məşvərət edilən (yaxud danışılan)” mənalarını verməklə yanaşı, eyni kökdən törəmiş isim kimi götürdükdə “qulu Allah yaxınlaşdıran səbəb, vəsilə” anlamına gəlir.[1] Qurban kəlməsi kök etibarilə məsdərdir, ikilik (təsniyə) və cəm şəkilçiləri qəbul etmir.[2]

Qurban adət-ənənəmizdə Allaha yaxınlaşmaq üçün kəsilən heyvana (qurbanlığa) deyilsə də, əsl mənası Allaha yaxın olmaq üçün nəzərdə tutulan hər hansı bir şey deməkdir ki, bu da istər qurbanlıq, istərsə digər sədəqələrdən daha əhatəli və ümumi məzmun ifadə edir.[3]

İslam ədəbiyyatında isə qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir. Daha doğrusu, qurban xırdabuynuzlu (qoç, qoyun, keçi), iribuynuzlu heyvanları (öküz, inək, dana, camış) və ya dəvəni Qurban bayramının ilk üç günündə (zilhiccənin 10, 11 və 12-ci günlərində) Allaha ibadət və mənən yaxınlaşmaq niyyəti ilə müəyyən edilmiş qaydalara uyğun kəsməkdir.

[1]Əl-İsfəhani, Müfrədat fi Qaribil-Quran, baxın: “q-r-b”, s. 602, Daru Kahraman, İstanbul, 1986

[2]Təbətəbai, əl-Mizan fi Təfsiril-Quran, 5/503, baxın: “Maidə” surəsi 5/27, 32-ci ayələrin təfsiri.

[3]Baxın: H. Yazır, Hakk Dini Kuran Dili, “Maidə” surəsi, 5/27-ci ayələrin təfsiri.

 




Bənzər məqalələr

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır. “İslam alimləri, yalnız xırdabuynuzlu və iribaş heyvanların qurban kəsilməsinin səhih olması ilə bağlı həmfikirdirlər. Bu heyvanlara camış, dəvə, inək, öküz, keçi, qoyun, qoç və təkə daxildir. Bu heyvanların erkəyi ilə dişisi, axtası ilə qeyri-axtası arasında fərq yoxdur”.

Ov heyvanlarından qurban kəsilər?

Sual: Əhliləşdirilmiş maral, ceyran, cüyür, çöl öküzü, çöl qoyunu, dağ keçisi, vəhşi iribuynuzlu heyvan, vəhşi camış, vəhşi dəvə və zürafə kimi əti halal olan otyeyən heyvanları qurban kəsmək olar?

Qurban kəsmək kimlərə vacibdir?

Qurbanın vacib olması üçün bəzi tələblər var. Belə ki, qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.

Qurbanın əsaslandığı dəlillər

Əbu Hənifəyə görə qurban kəsmək vacib, əksər İslam hüquqşünaslarına görə isə sünnədir.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.


Şərh yaz

*