Aylıq namaz vaxtları
3. 352 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullahın (sallallahu əleyhi və səlləm) Quran haqqında bir çox hədisləri var. Onlardan bəziləri bunlardır:

Bir hədisində Rəsulullah (sallallahu əleyhi və səlləm) Qurani-Kərimi bu cür tərif edir:

 “Quran elə bir kitabdır ki, Onda sizdən əvvəlki (xalqarın vəziyyəti ilə) əlaqədar xəbər, sizdən sonra (qiyamətə qədər) zühur edəcək fitnələr və qiyamət əlamətləri haqda xəbərlər.. həmçinin sizin aranızda (iman-küfr, itaət-üsyan, haram-halal və s. kimi) baş verəcək hadisələrlə bağlı hökmlər var. O, haqq ilə batili bir-birindən ayıran yeganə meyardır və Onda mövcud olan hər şey ciddidir…[1]

Bir topluluq Quran oxuyub müzakirə etmək üçün bir evdə toplaşanda mütləq onların üstünə səkinə enir və Allahın mərhəməti onları bürüyür. Mələklər onları qanadları ilə əhatə edir. Allah-Təala da hüzurunda olan uca topluma (mələklərə) onlardan  danışır“.[2]

Quran oxunan evdə xeyir (bərəkət) artır. Belə evlərə mələklər yığışır, şeytanlar oradan uzaqlaşır. Quran oxunmayan evlərin xeyir və bərəkəti az olur“.[3]

Allah Rəsulu bir hədisi-şərifində belə bir bənzətmə edir: “Quran oxuyan mömin portağala bənzəyir, dadı da gözəldir, qoxusu da. Quran oxumayan mömin isə xurmaya bənzəyir. Qoxusu yoxdur, ancaq dadlıdır. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və acı Əbucəhl qarpızı kimidir“.[4]

Rəsulullah buyurur: “Ən xeyirli insan Quranı öyrənən və öyrədəndir“.[5]

Qurani-Kərimi gözəl oxuyan insan Kiramən-katibin mələkləri səviyyəsinə yüksəlir. Quranı belə gözəl oxumağı bacarmayan, lakin xalis niyyətlə, çətinliklə və kəkələyə-kəkələyə oxuyana da iki savab verilir“.[6]

Allah Rəsulu buyurur: “Qurani-Kərimdən bircə hərf oxuyana belə bir savab vardır. Hər yaxşılıq on qatı ilə dəyərləndirilir. Mən “Əlif, Lam, Mim” bir hərfdir” demirəm. “Əlif” bir hərf, “Lam” bir hərf, “Mim” də bir hərfdir“.[7] 

Quran Allahın (insanlara ərməğan etdiyi ilahi) süfrəsidir. Gücünüz çatdıqca ondan bəhrələnməyə çalışın. Şübhəsiz ki, içində Allahın kitabından bir şey olmayan evdən daha kiçik (cansıxıcı) ev yoxdur. İçində Allahın kitabından heç nə olmayan qəlb də kimsəsiz xaraba ev kimidir“.[8]

Qəlbiniz Quran üzərində birləşdiyi müddətcə onu oxuyun, onunla ixtilaf edəndə isə qalxın“.[9]

Quran oxuyun. Çünki o, onu oxuyanlara Qiyamət günü şəfaətçi olacaq”.[10]

 “Allah bu Qurana (əməl edən) qövmləri (dünya və axirətdə) ucaldıb əziz edir, Ona (əməl etməyən) qövmləri isə (dünya və axirətdə) alçaldır, zəlil edir”.[11]

İki adama həsəd (qibtə) etmək zərərli deyil: Allahın ona nemət kimi bəxş etdiyi Quranla gecə-gündüz məşğul olana və Allahın lütf etdiyi sərvəti gecə-gündüz xeyir yolunda  xərcləyənə”.[12]

[1] Tirmizi, Fədailul-Quran, 14; Darimi, Fədailul-Quran, 1; Bax. Əhməd b. Hənbəl, Müsnəd, 1⁄91.

[2] Müslim, Zikr 38; Əbu Davud, Salət, 349; Tirmizi, Qiraət 3.

[3] Darimi, Sünən II, 429-430.

[4] Buxari, Fədailul-Quran 17, 26; Ətimə 30; Darimi, Fədailul-Quran 8.

[5] Buxari, Fədailul-Quran 21; Tirmizi, Fədailul-Quran 15.

[6] Buxari, Tövhid, 52; Müslim, Müsafirin, 244; Əhməd b. Hənbəl, VI, 98.

[7] Tirmizi, Səvabul-Quran 16.

[8] Tirmizi, Fədailul-Quran, 18; Darimi, II, 429.

[9] Buxari, Fədailul-Quran 27; Darimi, II, 441-442.

[10] Müslim, Salatul-Müsafirin 252.

[11] Müslim, Salatul-Müsafirin 269.

[12] Bu­xari, Tövhid 45; Müslim, Salatul-Müsafirin 266.



Açar sözləri

fəzilət oxumaq quran

Bənzər məqalələr

Beynimiz və oxuma

İndi gözləriniz hərflər üzərində hərəkət edir. Gördükləriniz beyninizə ötürüldükdə beyninizdə sirlərlə dolu elm aləminə səyahət başlayır. Bəs görəsən oxuyub-anlamaq necə baş verir? Beyində digər mərkəzlər kimi oxuma mərkəzi də varmı?

Quranda səs və titrəşmə

Səs və titrəşmə gündəlik həyatımızın əsas hadisələrindən biridir. Bunlar bir-biri ilə sıx əlaqəlidir. Səsin əmələ gəlməsi üçün qırtlaqdakı əzələlər, dil, dişlər, damaq, dodaqlar kimi bir çox orqan və hava bir-biri ilə mükəmməl uyğunluq içində işləyir.

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Qurandakı “biz” ifadəsinin hikməti nədir?

Sual: Allah-Təalanın Quranda “mən” deyil, “biz” ifadəsini işlətməsinin hikməti nədir? Quranda Uca Allah haqqında həm “mən”, həm də “biz” əvəzlikləri işlənir. Ərəb dilində bir şəxs haqqında danışarkən onun üçün həm tək, həm də cəm şəklini isitfadə etmək olar. Lakin cəm şəkli ehtiram göstərmək, ucaltmaq və əzəmətli olduğunu bildirmək üçün istifadə edilir. Uca tutulmağa və əzəmətə Allahdan daha layiq olan yoxdur.

Quran əmrlərində tədricilik

Sual: İslamı təbliğ edərkən müəyyən məsələlərdən danışmamaq, “Kitabın bir hissəsinə inanır, digər hissəsini inkar edirsiniz?” ayəsinin təhdidinə tuş gələ bilərmi? Bu mövzuda hansı üslubdan istifadə edilməlidir?


Şərh yaz


(gərəkli)