1. 500 dəfə oxunub ,   0 şərh   Çap et

Qadınlarla qarşı yaxşı rəftar etmək

وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ

Qadınlarla gözəl, xoş rəftar edin. {“Nisa” surəsi, 4/19}

وَلَنْ تَسْتَط۪يعُوا أَنْ تَعْدِلُوا بَيْنَ النِّسَاءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَم۪يلُوا كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ وَإِنْ تُصْلِحُوا وَتَتَّقُوا فَإِنَّ اللّٰهَ كَانَ غَفُورًا رَح۪يمًا

Siz nə qədər çox istəsəniz də, heç vaxt zövcələriniz arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! {“Nisa” surəsi, 4/129}

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «لَا يَفْرَكْ مُؤْمِنٌ مُؤْمِنَةً إِنْ كَرِهَ مِنْهَا خُلُقًا رَضِيَ مِنْهَا آخَرَ» أَوْ قَالَ: «غَيْرَهُ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Heç kim zövcəsinə kin saxlamasın. Çünki onun bir davranışını xoşlamasa da, bəyənəcəyi bir çox başqa yaxşı davranışları mütləq var”. [Müslim, Rada 61]

 عَنْ عَمْرِو بْنِ الْأَحْوَصِ الْجُشَمِيِّ أَنَّهُ سَمِعَ النَّبِيَّ ف۪ي حَجَّةِ الْوَدَاعِ يَقُولُ بَعْدَ أَنْ حَمِدَ اللّٰهَ تَعَالٰى وَأَثْنٰى عَلَيْهِ وَذَكَّرَ وَوَعَظَ ثُمَّ قَالَ: « أَلَا وَاسْتَوْصُوا بِالنِّسَاءِ خَيْرًا، فَإِنَّمَا هُنَّ عَوَانٍ عِنْدَكُمْ لَيْسَ تَمْلِكُونَ مِنْهُنَّ شَيْئًا غَيْرَ ذٰلِكَ إِلَّا أَنْ يَأْت۪ينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ، فَإِنْ فَعَلْنَ فَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ ضَرْبًا غَيْرَ مُبَرِّحٍ، فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَب۪يلاً، أَلَا إِنَّ لَكُمْ عَلٰى نِسَائِكُمْ حَقًّا، وَلِنِسَائِكُمْ عَلَيْكُمْ حَقًّا، فَحَقُّكُمْ عَلَيْهِنَّ أَلَّا يُوطِئْنَ فُرُشَكُمْ مَنْ تَكْرَهُونَ وَلَا يَأْذَنَّ ف۪ي بُيُوتِكُمْ لِمَنْ تَكْرَهُونَ، أَلَا وَحَقُّهُنَّ عَلَيْكُمْ أَنْ تُحْسِنُوا إِلَيْهِنَّ ف۪ي كِسْوَتِهِنَّ وَطَعَامِهِنَّ»

Amr ibn Ahvas əl-Cüşəmi (r.a.) demişdir: “Vida həccində Peyğəmbərimizi (s.ə.s.) dinləyirdim. Allaha həmd və səna etdikdən sonra xalqa öyüd-nəsihət verərək belə bu­­yur­du:

“Ey əshabım! Sizə qadınlara qarşı xeyirxah olmağı tövsiyə edirəm. Çünki onlar sizin himayəniz altındadır. Açıq-aşkar əxlaqsızlıq etmədikcə onlarla yaxşı rəftar etməkdən başqa haqqınız yoxdur. Əgər əxlaqa zidd hərəkətə yol versələr, onları yataqda tək qoyun. İncitmədən yüngülcə döyün. Yox əgər sizə itaət etsələr, onları danlamaq üçün bir səbəb axtarmayın. Yaxşı-yaxşı yadınızda saxlayın ki, sizin qadınlar üstündə haqqınız olduğu kimi, onların da sizin üstünüzdə haqqı vardır. Sizin onlar üstündə haqqınız yatağınızı başqalarından qorumaq (yad kişi ilə bir yerdə tək qalmamaq), istəmədiyiniz insanları evə buraxmamaqdır. Qadınların sizin üstünüzdə haqları isə onların geyim-kecim, yemək-içməyini təmin etməkdir”. [Tirmizi, Rada 11]

 عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: « أَكْمَلُ الْمُؤْمِن۪ينَ إ۪يمَانًا أَحْسَنُهُمْ خُلُقًا، وَخِيَارُكُمْ خِيَارُكُمْ لِنِسَائِهِمْ»

Əbu Hureyrə (r.a.)  Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

 “İmanına görə ən mükəmməl mömin ən gözəl əxlaqlı mömin-dir. Sizin ən xeyirliniz də xanımlarına qarşı xeyirxah olanlardır”. [Tirmizi, Rada 11]

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ   أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «اَلدُّنْيَا مَتَاعٌ وَخَيْرُ مَتَاعِهَا اَلْمَرْأَةُ الصَّالِحَةُ»

Abdullah ibn Əmr ibn Asın (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Dünya bir sərmayədir (mətadır). Dünya sərmayəsinin ən dəyərli varlığı əməlisaleh (dindar) qadındır”. [Müslim, Rada 64]




Şərh yaz