- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qadınlar başıaçıq Quran oxuya bilər?

Quran oxuyarkən başın örtülməsi fərz və ya vacib deyil. Ancaq başaçıq Quran oxumaq, ona qarşı ehtiram və ədəb baxımından düzgün deyil. Bu baxımdan imkan daxilində Quran tilavət edərkən hicaba riayət etmək lazımdır. Lakin mümkün olmadığı hallarda, zərurət olduqda (hicablı olaraq işləməyə icazə verilməyən yerlərdə işləmək kimi) Qurandan uzaq qalmaqdansa, başaçıq da olsa oxuyub mənalarını dərk etməyə səy göstərmək daha yaxşıdır.