- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qadın kişilərə imam ola bilərmi?

Qadın kişilərə imam dura bilməz. Qadın qadınlara imam dura bilər. Ancaq bir şərt var ki, kişilərdən fərqli olaraq qadın imam olanda camaatla eyni cərgədə/səfdə durar. 

 Hz. Əli (r.a) belə deyir: Bir gün Rəsulullah (s.ə.s) ilə birlikdə Ümmü Sələmənin evinə getdik. Evdə namaz qılan qadınlar vardı. Allahın Elçisi (s.ə.s), onların hansı namazı qıldıqlarını soruşdu. Ümmü Sələmə (r.a) fərz namazı qıldıqlarını dedikdə belə buyurdu: “Ey Ümmü Sələmə! Onlara imamlıq etməli deyildinmi?” Ümmü Sələmə, “bəli daha yaxşı olardı” − dedi. Nəbi (s.ə.s) belə buyurdu: “Belə olduqda (namaz qıldırarkən) cərgədə onların nə qabağında, nə də arxasında, tam ortalarında dur. Beləlikə onlar sənin sağında və solunda olsunlar.”[1]

Bəzi alimlər qadınların imam durmağını məkruh sayırlar. Qadınların qadın bir imamın arxasında camaatla namaz qılmalarının məkruh olması bu hədisə istinad edilir: “Qadının namazını evində qılması çöldə qılmasından daha fəzilətlidir. Öz otağında qılması da evin digər tərəflərində qılmasından daha fəzilətlidir”[2]

Nəticə etibarilə deyə bilərik ki, qadın qadınlara imamlıq edə bilər. Ancaq imamlıq etdikləri ilə eyni cərgədə durmalıdır. 


[1] Zeyd b. Əli, Müsnəd, cəm edən Bağdadi, Darul-Kutubil-Elmiyyə, Beyrut (ty), s. 111, 112.

[2] Əbu Davud, Səlat, 53, 199.