1. 033 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Allah qatında sağlam, cismən və mənən güclü və qüvvətli möminin zəif möminə nisbətən daha sevimli olduğunu bildirərək diqqətləri xəstələnməməyə və can əmanətinə yaxşı baxmağa yönəltmişdir. Bu səbəbdən maddi-mənəvi xəstəliklərin səbəblərini üzə çıxarmış və insanları ilk növbədə bunlardan uzaq olmağa təşviq etmişdir ki, bu da müasir dövrdə qoruyucu həkimlik baxımından olduqca önəmlidir. Əslində, xəstəliklərə dərman tapmaqdan daha əhəmiyyətli məsələ insanların yoluxmaması üçün əvvəlcədən tədbirlər görməkdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) istər həyatında, istərsə də bə­yanlarında buna diqqət etmiş, xəstəliklərə yol açan davranışlardan çəkindirmiş, vücudda xəstəliklərə yol açan şeylərdən də uzaq olmağa çağırmışdır.

Vücudun sağlamlığında əsas yük mədənin üstünə düşür. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) normal qidalanmağı tövsiyə etmiş, insanın mədəsindən daha zərərli qab doldurmadığını vurğulamış, mədənin üçdə birinin yeməyə, üçdə birini içməyə ayırıb üçdə birini də boş saxlamağa çağırmış, bunun əksinin israf, israfın da haram olduğunu bildirmişdir. Mədəyə diqqət edilmədikdə, yəni necə gəldi və çox yeməyin köklüyə gətirib çıxardığını, bunun da bir fəlakət olduğunu bir səhabəyə kök olduğuna görə dediyi sözlərdən anlamaq mümkündür: “Kaş belə kök olmayaydın!” (Heysemi, Zevaid 5/37)

Xəstəliklərin əsas səbəblərindən olan spirtli içki, ölmüş heyvan əti, donuz əti və s. kimi qida və içkiləri qadağan etmişdir. Mikroblu yerlərdə diqqətli olmağı, məsələn, o dövrdə böyük təhlükə törədən vəbayə diqqət çəkərək, vəba yayılmış yerlərə girməməyi əmr etmişdir. Ayaqyolu təmizliyi, yeməkdən qabaq və sonra əllərin yuyulması, günün müxtəlif vaxtlarında dəstəmaz almaqla bu təmizliyə daha da diqqət edilməsi, hətta su içərkən qaba üfürülməməsinə qədər bütün ön tədbirləri bildirmişdir. Bu mənada zinanın qadağan, orucun əmr edilməsi, səyahət tövsiyəsi, üzgüçülük, oxçuluq kimi bədəni gücləndirən idman növlərinə təş­viq etməsi, itin yaladığı qabın yeddi dəfə yuyulması, yemək qab­larının ağzıaçıq qalmaması, yanmış yeməyin və ya çörəyin yeyilməməsi kimi tövsiyələr də qoruyucu həkimlik baxımından zəruri məsələlərdir.




Şərh yaz