- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərimizin həyası

Utancaqlıq və utanma da adlanan həya sufi terminalogiyasında Allah qorxusu və Allah sevgisi ilə Onun istəmədiyi șeylərdən çəkinmək mənasına gəlir. Belə bir inanc hissinin insan təbiətinə xas həya duyğusuna söykənməsi insanı ədəb və ərkanda daha da təmkinli edir. Həya hissi olmayan və ya yetișdiyi mühitin təsiri ilə ondan məhrum olan șəxslərdə isə bu duyğunu tərbiyə etmək, təbii ki, çox çətindir.

Peyğəmbərimiz Məsumlar Məsumudur. Bașqa sözlə, Onun iffə­ti bütün iffətlərin fövqündədir. Ən amansız düșmənlər belə Onun iffətinə ləkə yaxmaq üçün bircə kəlmə də tapa bilməmişlər və bunu əbədiyyətə qədər də bacara bilməyəcəklər. Çünki O, bir iffət abidəsi və bir ismət timsalı idi. Onun haqqında bașqa cür düșünmək mümkün deyildi, çünki  O, əxlaqi paklığın xülasəsi “Mustafa” olaraq yaradılmıșdı.

Düșmənlər Ona hər cür iftira atdılar. Məsələn, Ona “Məcnun,” – dedilər. Bəli, O, bir mənada Haqqın məcnunu idi və bu yolda bütün varlığını ortaya qoymușdu. İstəyən talan edə bilərdi. Bu amalın xırmanı isə cənnət idi… Yenə Ona sehrbaz dedilər. Bəli, ən inadkar insanların inadkar baxışları və küfrü Onun hüzurunda əriyir, kökündən sarsılırdı. Onunla ovsunlanıb bu  yolda baş qoyanların sayı-hesabı yox idi. Hər şeyə ağıl gözü ilə baxan kafirlərə gəlincə, nə deyəsən?! “Bütün bu pərvanələr sehrin atəși ilə dövr edirlər,” – deyir, bu cəfəngiyyatlarında təsəlli axtarırdılar. Halbuki onları pərvanə edən imanın gücü, kamalın cilvəsi və camalın cazibəsi idi.

İffət və həya abidəsi Allah Rəsulunun (s.ə.s.) həya haqqında bəzi kəlamları:

“İmanın altmıș șöbəsi var. Həya da imanın bir şöbəsidir”.[1]

“Həya insana xeyir qazandırır”.[2]

“Dörd xüsusiyyət vardır ki, bunlar peyğəmbərlərin sünnəsidir. Həya, gözəl ətir vurmaq, misvaq (dișləri fırçalamaq) və evlənmək”.[3]

“Hər dinin bir əxlaqı vardır. İslamın əxlaqı həyadır”.[4]

“Bütün peyğəmbərlərin ittifaq etdiyi və insanlığın əldə etdiyi uca qayə  “Utanmırsansa, dilədiyini et” kəlamıdır”.[5]

“Allaha qarșı bacardığınız qədər həyalı olun! Allaha qarșı lazımınca həyalı olan insan bașına və bașındakılara, mədəsinə və mədəsindəkilərə nəzarət etsin! Ölüm və çürüməyi də unutmasın! Axirəti (Cənnəti) diləyən dünyanın fani gözəlliklərindən əl çəkər.  Kim belə hərəkət edərsə, Allahdan layiqincə həya etmiș olar”.[6]

Peyğəmbərimiz əxlaqsızlığın və iffətsizliyin tüğyan  etdiyi bir cəmiyyətdə yașasa da, ömrü boyu ədəb və həyadan zər­rə qədər kənara çıxmamıșdı. O dövrdə insanlar çılpaq halda ­Allahın ən mü­qəd­dəs məkanlarını gəzir və insanların gözləri qarșısında utanmadan, çəkinmədən lüt-üryan çimirdilər. Belə bir cəmiyyətdə yaşayan  Peyğəmbərimiz kiçik yașlarında Məkkədə çobanlıq edərkən iki gün dalbadal bir şənliyə getmək istəmișdi. Lakin hər dəfə yuxu aparmışdı – Rəbbi bu çirkin yerdən uzaq saxlamışdı.[7]

Qurani-Kərim Onun həyasından belə bəhs edir: “Çünki bu hərəkətiniz  Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz”[8].

İffət abidəsi Rəsulullahdan (s.ə.s.) söz açan Əbu Səidil­Xudrinin sözlərinə görə, Allah Rəsulu (s.ə.s.) pərdə arxasında olan bir gənc qızdan daha həyalı və utancaq idi. Bir șeydən xoșu gəlmədiyini üzünə baxmaqla anlaya bilirdik.[9] Bir qövmün əməlləri haqqında bir şey eşidəndə məmnun olmasa:

–  Nə olub filan qövmə? – deməzdi. Əksinə:

– Bu insanlara nə olub ki, belə șeylər edirlər, – deyərdi.[10] Hətta ailə münasibətləri baxımından Aișə anamızın bu sözü çox əhəmiyyətlidir. “Mən Allah Rəsulunun övrətini (naməhrəm yerini, yəni diz qapağı ilə göbək arasını) heç vaxt görmədim”.[11]


[1]. Buxari, 1/12; Müslim 1/63; Əbu Davud, 2/630

[2]. Buxari, 5/2267; Əhməd b. Hənbəl, 4/227

 [3]. Tirmizi, 3/391; Əhməd b. Hənbəl, 4/ 421

 [4]. İbn Macə, 2/1399; Əbu Yala, Müsnəd, 6/269

 [5]. Buxari, 3/1284 Əbu Davud, 2/668

[6]. Tirmizi, 4/637; Əhməd b. Hənbəl, 1/387

 [7]. İbnül-Əsir, əl-Kamil, 2/38.

 [8]. “Əhzab” surəsi, 33/53

 [9]. Buxari, 5/2263; Müslim 4/1809; İbn Macə 2/1399; Əhməd b. Hənbəl, 3/79, 88

 [10]. Buxari, 1/261; Müslim, 3/1320; Əbu Davud, 2/265

 [11]. İbn Macə, 1/217; Əhməd b. Hənbəl, 6/63