3. 880 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu (s.ə.s.) həmișə eyni cür paltar geyinməzdi. Ümumiyyətlə, daha çox harmani[1] və köynək geyərdi. Corab geyinməzdi. Amma Nəcașinin göndərdiyi qara corabı geyinmișdi. Rəvayətdən görünür ki, həmin corab dəridən hazırlanıbmış. Sarığının ucu bəzən sinəsinə, bəzən də çiyinlərinin arasına düșərdi. Çox vaxt qara rəngli sarıq bağlayardı.  Sarığın altından təkkə qoyardı. Şiş təkkə və ya külahdan heç vaxt istifadə etməzdi. “Bizim müșriklərdən fərqimiz sarığın altından təkkə qoymaqdır”,  –  deyə buyurmuşdu.[2]

Peyğəmbərimizin “qamis” adlı libasdan xoșu gəlirdi.[3] Qamis uzun libas olub, vücudu baș­dan ayağa qədər örtür. Rəvayətə görə, Rəsulullah qamisi hüllə kimi iki hissəli olmayıb bütün vücudu ört­düyünə görə, xoşlayarmış. Qamis əsasən pambıq qumaşdan hazırlanır. Peyğəmbərimizin geydiyi qamisin qolları biləyinə qədər uzanardı.[4]

Ən çox zolaqlı qumşaqdan hazırlanmış geyimləri sevərdi.[5] Ərəbcə bunun adı “Xibərə”dir. Xibərə yaşıl rəngli parça olub Yəməndə hazırlanır. Kainatın Fəxri yașıl rəngli paltarları çox sevirdi, çünki Cənnət əhlinin libasları da yașıl rəngli olacaqdı. Bəzən də Şam əntarisi (kiși geyimi, uzun üst paltarı) geyinirdi. Qolları çox dar olduğuna görə dəstəmaz alanda çirmələmək çətin olurdu. Ona görə də qolları çıxarmaq məcburiyyətində qalırdı. Cibinin ağzında və yaxasında ipəkli işləmələr olan Nușirəvan harmanisi  də geyinərdi.  Vəfatından sonra Həzrəti Aișə (r.a.) yamaqlı bir əba ilə çuxadan ətəklik çıxarıb: “Allah Rəaulu (s.ə.s.) bu libasda vəfat etdi,” – demişdi.

Peyğəmbərimiz təzə paltar geyərkən Allaha dua edərdi. Bir sarıq bağlasa: “Allaha həmd olsun ki, sarığı bizə geyim etdi!”, bir köynək geyinsə: “Allaha həmd olsun ki, köynəyi bizə libas etdi,” və ya bir rida (xirqə) üçün “Allaha həmd olsun ki, ridanı bizə libas etdi,” – șəklində dua edərdi.[6]

Təzə paltar geyinəndə bu duanı oxuyardı: “Ey həmdin yeganə ünvanı Uca Rəbbimiz! Bu paltarı mənə geydirdiyin kimi, Səndən onun örtdüyü üzvün də xeyrini istəyirəm və onun șərindən Sənə sığınıram, Ya Rəbbi!”[7]

Rəvayətlərə görə, Allah Rəsulu (s.ə.s.) qırmızı paltar da geyinmișdi. Qırmızı “al” rəng mənasında olduğuna görə hədisçilərin çoxu bu ümumi anlamı qəbul etmișdilər. Amma İbn Qayyum Allah Rəsulunun (s.ə.s.) heç vaxt qırmızı paltar geyinmədiyini və kișilərin də qırmızı paltar geyinməsini caiz görmədiyini bildirmișdir. Burada qırmızı paltar deyiləndə qırmızı zolaqlı Yəmən parçasından tikilən libas nəzərdə tutulur.[8] Bəzilərinə  görə, Peyğəmbərimiz ara-sıra belə libasdan istifadə etmişdir. Əksər hədisçilər bildirir ki, qırmızı libasın zolaqlı olması ilə bağlı heç bir işarə yoxdur. Zərkani də bu mövzunu ətrfalı șəkildə izah etmișdir. Müxtəlif rəvayətlərdən məlum olur ki, Allah Rəsulu (s.ə.s.) qara, qırmızı, yașıl, sarı – qısaca, hər rəng paltar geyinmișdir. Ancaq ən çox ağ rəngli libasları sevərmiş.[9]

Bəzən düz zolaqlı qumaş parçaya da bürünərmiş. Ayaq geyimi altlıq və  bağdan ibarət olub üstdən bağlanırdı. Yatağı yun yerinə xurma yarpaqları ilə doldurulmuș dəri örtükdən ibarət idi. Yastığı bitki liflərindən hazırlanan iplərdən düzəldilmişdi. Buna görə də çox vaxt mübarək vücudunda həmin iplərin yeri qalardı.

Peyğəmbərimizin geyim zərifliyi  

Geyimdə dəbdəbə və nümayişkaranəlik Allah Rəsuluna (s.ə.s.) yad idi. Bəzən qiymətli və gözəl libaslar geyinərdi. Abdullah İbn Abbas (r.a.) Həruriyyəyə elçi gedəndə bahalı Yəmən qumaşından tikilmiș libas geyinmişdi. Həruriyyə:

– Ey İbn Abbas, bu nə paltardır geyinmisən? – deyə soruşdu.

İbn Abbas:

– Bu geyimimə etiraz edirsən? Mən Allah Rəsulunu (s.ə.s.) ən gözəl libaslarda gördüm,” – cavabını vermişdi.[10]

Bəzi hökmdar və əyanlar Allah Rəsuluna (s.ə.s.) qiymətli libaslar hədiyyə göndərmiș, Rəsulullah da (s.ə.s.) onları qəbul etmiș, bəzirlərini də geyinmișdi.

Peyğəmbərimizin sevdiyi və sevmədiyi rənglər

Allah Rəsulu sarı rəngi çox sevərdi. Hədislərdə bildirilir ki, bəzən hətta sarığına qədər bütün paltarını sarı rənglə boyatdırıb geyərdi.[11] Ağ rəngi də çox sevərdi. Ağ rəng haqqında “Ağ rəng rənglərin ən gözəlidir,” – buyurmușdu.[12]

Qırmızılığı daha çox gözə çarpan libasları  sevməzdi. Bir dəfə Abdullah ibn Ömərin (r.a.) qırmızı paltar geyinib gəldiyini görmüş:

– Bu nə paltardır, – demişdi. Abdullah (r.a.) da gedib həmin paltarı odda yandırmışdı. Rəsulullah bu hadisəni eșidəndə:

– Yandırmağa ehtiyac yox idi. Öz ailəsindən bir qadına versə idi, daha gözəl olardı, – deyə buyurmuşdu.[13]

Ərəbistanda “Məğarra” adlanan qırmızı rəngli torpaq var. Qədimdə qumaşı bu torpaqla boyayırdılar. Bu rəng Allah Rəsulunun (s.ə.s.) heç xoșuna gəlməzdi. Bir dəfə Həzrəti Zeynəb bununla qumaş rəngləyirdi. Evə gələn Allah Rəsulu bunu görüb geri döndü. Məsələni anlayan Həzrəti Zeynəb (r.a.) parçanı yuyub rəngini təmizlədi. Rəsulullah (s.ə.s.) təkrar evə gələndə həmin rəngdə bir șey görməyincə içəri girdi.[14]

Yenə bir gün səhabələr minik dəvələrinin belinə qızılı rəngli kilim atmışdılar. Allah Rəsulu: “Bu rəngin geniş yayılmasını istəmirəm,” – buyurdu. Səhabələr dərhal qaçıb kilimləri götürdülər.[15]


[1]. Bütün vücudu örtən, uzun, qolsuz geniş ətəkli üst paltarı.

[2]. Əbu Davud, 2/452; Tirmizi, 4/247; Təbərani, Mucəmül-Kəbir, 5/71

 [3]. Əbu Davud, 2/240; Tirmizi, 4/ 238; İbn Macə, 2/1183

 [4]. Əbu Davud, 2/441;

 [5]. Buxari, 5/2188; Müslim, 2/651; Əbu Davud, 2/208; Tirmizi, 3/321

 [6]. Tirmizi, 4/239; Əhməd b. Hənbəl, 3/50;

 [7]. Əhməd b. Hənbəl, 3/50; İbn Hibban, Səhih, 12/239

 [8]. Buxari, 1/147, 1303; Müslim, 1/360, 1818; Əbu Davud, 1, 198; Tirmizi, 1/375

 [9]. Buxari, 5/2193; Müslim, 1/94; Əhməd b. Hənbəl, 5/166

 [10]. Təbərani, Mucəmül-Kəbir, 10/257

 [11]. Əbu Davud, 2/449; Təbrizi, Mişkatül-Məsabih, 2/515

 [12]. Əbu Davud, 2/401, 449; Nəsayi, 4/34; Əhməd b. Hənbəl, 1/247, 328, 363, 5/10

 [13]. Əbu Davud, 2/450; Bəzzar, Müsned, 6/373

 [14]. Əbu Davud, 2/451; Təbərani, Mucemü’l-Kebir, 24/57;

[15]. Daha geniş məlumat üçün Əbu Davudun “Sünən” əsərinin “Libas” hissəsinə baxmaq olar.

 




Şərh yaz