11. 051 dəfə oxunub ,   0 şərh   Çap et

Ov etmək halaldır? İslama görə ov necə edilməlidir?

Ov eləmək əti halal olan, ancaq insandan qaçan, ürkən heyvanların tutulmasına deyilir. Hansı heyvanların ətinin halal, hansının haram olması elmihal kitablarında qeyd edilmişdir. Məsələnin təfərrüatını elmihal kitablarına həvalə edirik. Ov heyvanlarını kəsərkən islami əsaslara əməl etmək lazımdır. Bu qaydalara əməl edilmədən kəsilən ov heyvanlarının əti halal olmur.

Ov etmək halaldır?

Əgər insanların davranışlarında mənfi hallar yoxdursa, dinimiz həmin davranışlara məhdudiyyət qoymur. İslamiyyət bu davranışların dini qaydalara uyğun olub-olmamasına baxır. Bəşər övladı tarix boyunca yaşamaq üçün ovçuluqla məşğul olmuşdur. Bu gün əyləncə vasitəsinə çevrilmiş ov qədim dövrlərdə zəruri ehtiyacları təmin eləmək üçün edilirdi. Uca Allah buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!”[1] Allah-Təalanın göydə və yerdə nə varsa insan üçün yaratdığını bu ayələrdə də görürük: “Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza verən də Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!”[2] Əhliləşməmiş heyvanlar da halal olan vəhşi heyvanlar da  insanın xidmətinə verilmişdir.

Qurani-Kərim və Peyğəmbərimiz insanın nəzarətsiz olmadığını bildirmiş, məqsədsiz və mənasız əməlləri qınamışdır. Bundan başqa, Peyğəmbərimiz hədislərində mərhəmət hissini itirənlər barəsində ağır ifadələr işlətmişdir. Təməlində rəhmət və mərhəmət dayanan İslamiyyət yer üzündəki bütün canlılara şəfqət, mərhəmət göstərməyi, Allahın yaratdığı fitrəti və gözəllikləri qorumağı əmr edir. Peyğəmbərimiz Məkkə və Mədinəni haram bölgə elan etməklə qoruq anlayışının ilk təməllərini atmışdır. Heç bir faydası olmayan və sırf heyvanlara əziyyət vermək, əylənmək və idman üçün edilən ov İslamiyyətdə doğru sayılmamışdır. Həqiqətən də Peyğəmbərimiz bir hədisi-şərifində xəbərdarlıq edir: “Kim bir sərçəni boş yerə öldürərsə, o quş qiyamət günü Allaha şikayət edər: “Ya Rəbb! Filankəs məni boş yerə öldürdü!”[3]

Donuz kimi nəcisül-eyn olan heyvanlar istisna, dəri, tükü və s.dən istifadə etmək üçün digər heyvanları ovlamaq halaldır. Ətraf mühitin mühafizəsi, heyvan nəslinin qorunması məqsədi ilə və onların çoxalma dövründə qoyulan ov qadağalarına əməl etməmək də halal deyildir. İdman məqsədi ilə və diqqəti inkişaf etdirmək üçün edilən ovlar da halal sayılmamışdır.

Kitablarımızda ov etməklə əlaqədar aşağıdakı maddələr sadalanır:

1.  Ov edən şəxs heyvanı İslamın qaydalarına uyğun kəsməyi bacarmalıdır.

2.  Ovçu ov edərkən vurduğu heyvanı gətirmək üçün ov itini özü göndərməlidir.

3. Ovçu ov edərkən “Bismillah” deməlidir və bilməlidir ki, unudub deməsə, məsuliyyət daşıyır.

4. Ov itinin ovun ardınca göndəriləndən ovu tutanadək başqa bir işlə məşğul olmasına imkan verilməməlidir.


[1] “Bəqərə” surəsi, 2/29

[2] “Casiyə” surəsi, 45/13

[3] İbn Hənbəl, “Müsnəd”, 4, 389



Açar sözləri

günah halal haram ov etmək

Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.

İfk hadisəsindən alınacaq dərslər

Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?

Qeyrətullah

Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?


Şərh yaz