Aylıq namaz vaxtları
1. 124 dəfə oxunub ,   0 şərh   Çap et

Allahu-Təala yer üzünü misilsiz nemətləri ilə bir süfrə kimi bəzəmişdir. Saysız-hesabsız nemətlərini önümüzə sərməklə Rəhman və Rəhim olduğunu göstərdiyi kimi, milyonlarla hüceyrələrin hər birinin vaxtında qidalandırılması ilə Rububiyyətini (hər şeyin Rəbbi olduğunu) də bəyan edir. Belə bir Rububiyyətə ancaq ibadətlə cavab vermək olar, amma qəflət pərdəsində və səbəblər dairəsindən kənara çıxa bilməyən insan bu həqiqəti tam görə bilmir, bəzən də unudur və dini vəzifələrini yerinə yetirmir.

Ramazan ayında oruc tutan müsəlmanlar nizamlı orduya çevrilir.  Xüsusilə, axşama yaxın Allahın ziyafətinə dəvət edilmiş kimi “Buyurun!” əmrini gözləyirlər. Bununla, o şəfqətli, əzəmətli və geniş Mərhəmət qarşısında böyük və nizamlı ibadət vəzifəsini icra etmiş olurlar.

Elə isə özünü insan sayan bir varlıq niyə belə bir şərəfli ibadəti yerinə yetirməsin?

Nemətlər şükür tələb edir…

Qurani-Kərimin bir çox ayəsi şükrü vurğulayır:

“Hələ də şükür etmirlərmi?” (“Yasin” surəsi, 36/35).

“Bəndələrimdən şükür edən azdır!” (“Səbə” surəsi, 34/13).

“Siz şükür edirsiniz ki?!” (“Ənbiya” surəsi, 21/80).

“Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz!” (“Yunus” surəsi, 10/60).

“Siz isə olduqca az şükür edirsiniz!” (“Əraf” surəsi, 7/10).

“Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (“Əraf” surəsi, 7/17).

“Lakin insanların çoxu şükür etməz!” (“Bəqərə” surəsi, 2/243).

 “Rəhman” surəsində “Rəbbinizin hansı nemətini inkar edə bilərsiniz?” ayəsi 31 dəfə təkrar edilmiş, naşükürlüyümüz və nankorluğumuz üzümüzə vurulmuşdur.

İnsan Allaha nemətləri bilavasitə Ondan görməklə, nemətin dəyərini qavramaq və nemətlərə möhtac olduğunu hiss etməklə şükür edə bilər.

Ramazan orucu həqiqi və xalis, böyük və ümumi bir şükrün açarıdır. Çünki digər vaxtlarda insanların əksəriyyəti ac qalmağa məcbur olmadığı üçün bir çox nemətin qiymətini yaxşı anlamır. Bir çox qarnı tox insan bir parça quru çörəyin necə böyük nemət olduğunu və dəyərini bilmir. Halbuki oruclu möminin dadbilmə hissi iftar vaxtında o quru çörəyin çox qiymətli, ilahi bir nemət olduğuna şahiddir. Varlıdan kasıba qədər hamı Ramazan ayında o nemətlərin qiymətini anlamaqla mənəvi şükür edir. Həmçinin gündüz yemək qadağan edildiyi üçün: “O nemətlər mənim mülküm deyil, mən bunları yeməkdə sərbəst deyiləm, deməli, başqasının malıdır və lütf etdiyi nemətdir. Onun əmrini gözləyirəm”, – deyib neməti nemət bilir, mənən şükür edir.

Bu mənada oruc bir çox cəhətdən insanın həqiqi vəzifəsi olan şükrün açarıdır.



Açar sözləri

Ramazan şükür

Bənzər məqalələr

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Nafilə oruclar

Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Bəzi günlər xaric ilin bütün günlərində nafilə oruc tutmaq olar.

Şəvval orucu

Kim ramazan ayını oruclu keçirər və ardınca şəvval ayının da altı gününü oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar.

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz

*