2. 169 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Oruc tutmağa gücü çatmayanlar fidyələrini nələrdən və kimlərə verməlidirlər?

Cavab: Quranda oruc fidyəsi ilə bağlı belə buyurulur: “Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər” (Bəqərə, 2/184). Bu ayə belə izah edilir ki, oruc tutmağa gücü çatmayan yaşlılar və sağalma ümidi qalmayan xəstələrin tuta bilmədikləri oruc üçün fidyə verməsi vacibdir və fidyənin miqdarını da hər gün bir kasıbı bir günlük doyuracaq qədərdir. Odur ki, sayılan səbəblərdən oruc tuta bilməyənlər istəsələr ramazan ayının əvvəlində və  ya axırında nağd pul və ya ərzaq olaraq da verə bilərlər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər. Tutula bilməyən orucların fidyəsi bir çox yoxsula verilə biləcəyi kimi, bu fidyələrin hamısı birdən bir kasıba da verilə bilər. Bundan əlavə, qeyd edilməlidir ki, oruc fidyəsinin miqdarı fitir sədəqəsinin miqdarına bərabərdir.
Belə ki, hənəfilərə görə bir yoxsulu doyurası qədər fidyə miqdarı buğdadan yarım “sa”, arpa, xurma və ya quru üzümdən bir “sa”dır. Bir “sa” 3, 333 kiloqrama bərabərdir. Günümüzdə arpanın qiyməti çox olmasa da, quru üzümün/kişmiş və xurmanın dəyərinə görə hesab aparıla bilər. Onu da vurğulamaq lazımdır ki, dövrümüzdə bir yoxsulu bir gün ərzində doyurası nağd pul və ya ərzaq, cəmiyyətin sosial-iqtisadi səviyyəsi nəzərə alınaraq ən az miqdar olaraq müəyyən edilməli, bundan çox miqdar mövzusunda isə məsul şəxs öz imkanına və gəlirinə görə hərəkət etməkdə sərbəstdir.

Dr. Anar Qurbanov



Açar sözləri

fidyə Ramazan xəstə yaşlı

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.


Şərh yaz