- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Ölüm qorxusu

Sual: Övladlarıma qarşı həddindən artıq düşkünəm. Bəzən vəfat edəcəyimi övladlarımın da yetim qalacağı qorxusuna qapılıram. Mən nə etməliyəm?

Cavab: Səbrinizi gələcək üçün sərf etdiyinizə görə iradəniz zəifləyir. Beləcə özünüzü çətinliklə qarşı-qarşıya qoyursuz. Halbuki insanın səbri, içində olduğu zamana xərcləndiyində hər cür sıxıntıya qarşı kifayətdir. Gələcəkdə nələrin olacağını bilmirsiniz, bilmədiyiniz bir gələcək üçün indidən ah-vay etmək, məntiqli bir şey deyil. Ölüm qaçmaqla qurtula bilməyəcəyimiz bir gerçəklik olub və hər an olma ehtimalı var. Bu barədə Allaha təslim olmalı, Ondan və Onun təqdirinə razı olmalıyıq. Allah qullarına zülm etməz, onları ac buraxmaz. Allah insana, insanın özündən daha mərhəmətlidir. Elə isə, buraxın sizi Allah qorusun, öz-özünüzün dərdinə düşməyin.

Dünyadan daha gözəl bir aləm bizi gözləyərkən burada həyatın dərdini çəkmək gərəksizdir. Unutmayaq ki, dünyada nə qədər yetim böyüyən uşaqlar var. Amma həyatlarından məmnundurlar, çünki, Allah onları qoruyub. Sizin və onların əsl himayədarı Allahdır. Siz nə vaxt öləcəyinizi düşünməkdən daha çox, bu anda nə etdiyinizə, necə yaşadığınıza, həyatınızın Allah və Rəsulunun (s.ə.s.) istədiyi istiqamətdə olub-olmadığına baxın. Əhəmiyyətli olan elə budur. Bəli, sizə yaraşan belə gərəksiz, lazımsız şeyləri düşünmək yox, Allahın təqdirinə razı olmaq, Ona təvəkkül etmək və yaxşı insan olaraq yaşamaqdır. Bu duyğu və düşüncələri səviyyələrinə görə uşaqlarınıza da başa salın və onları gələcəyə, axirətə hazırlayın. Onlara həmişə gələcək haqqında ümidlə danışın. Axirətin gözəlliklərini izah edin, Allaha güvənməyi, cəsarətlə yaşamağı öyrədin.