- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Nəzir qurbanı vacib olan qurbanın şərtlərini daşıyırmı?

Sual: Nəzir qurbanında vacib qurbanda olduğu kimi qoyun və keçi cinsindən olan heyvanın bir yaşında olması şərtdir?

Cavab: Nəzir qurbanının keçərli olması üçün bir neçə şərt lazımdır. Bu şərtlərdən biri də odur ki, əhd etdiyi qurbanı kəsmək həmin şəxsin üzərinə vacibdir. Yəni bir kimsə qurban kəsməyi əhd edibsə, qurban kəsəcəyi heyvan vacib qurbanda kəsilən heyvanın şərtlərinə uyğun gəlməlidir ki, bu vacibdir. Onsuz da xoruz, toyuq kimi heyvanların əhd qurbanı kimi kəsilməsi caiz deyil.