- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu?

Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət  həmin şəxsin dəstəmazına bir ziyan verməz. Üzərinə nəcasət bulaşan kimsə onu təmizləmədən namaz dura bilməz, qılsa belə o namaz məqbul sayılmır. Yeidən qılması gərəkir.

Uşağın altını dəyişdirərkən ələ bulaşan nəcasət namaz qılmağa mane olsa da, dəstəmazı pozmur. Pislik bulaşmış yerlər təmizlədikdən sonra rahatlıqla yeni bir dəstəmaz almadan namaz qılına bilər.