4. 858 dəfə oxunub ,   0 şərh   Çap et

Namazın on iki fərzi vardır. Namazın fərzlərı namazın xaricindəki fərzlər və namazın daxilindəki fərzlərdən ibarətdir. Namazın xaricindəki fərzlər namazdan əvvəl və namaza hazırlıq mahiyyətində olduğu üçün “namazın şərtləri” adlandırılır. Namazın daxilindəki fərzlər isə namazın varlığı ilə bağlı olduğu üçün, yəni bu fərzlər namazın mahiyyətini təşkil etdiyi üçün “namazın rüknləri” adlandırılmışdır. Bunlar namazın ünsürləridir. Namazın fərzlərindən hər hansı biri əskik olarsa, namaz səhih olmaz. Buna görə:

 a) Namazın şərtləri aşağıdakılardır:

hədəsdən təharət, nəcasətdən təharət, sətri övrət, qibləyə yönəlmək, namaz vaxtının girməsi, niyyət etmək.

 b) Namazın rüknləri aşağıdakılardır:

İftitah təkbiri, qiyam, qiraət, rüku, səcdə, qadəyi axirə(namazda son oturuş).




Şərh yaz