1. 753 dəfə oxunub ,   0 şərh   Çap et

1. Müsəlman Olmaq

2. Ağlı Başında Olmaq (ruhi xəstə olmamaq)

Ruhi xəstənin arxasında qılınan namaz uyğun deyildir. Çünki ruhi xəstənin özbaşına qıldığı namaz batildir. Ancaq xəstəliyi gedib-gəlirsə xəstə olmadığı vaxtda qıldığı namaz məqbuldur. Həmçinin camaatla namaz qılarkən belə şəxslərə tabe olmaq məkruhdur.

3. Həddi-Büluğa Çatmaq

Alimlərin əksəriyyətinə görə fərz və ya nafilə namazlarda həddi-büluğa çatmayan müməyyiz uşağın, həddi-büluğa çatmışlara imamlıq etməsi doğru deyildir. Şafei məzhəbinə görə, yeddi yaşdan yuxarı uşaq müməyyiz sayılır. Ona tabe olmaq caizdir. Çünki Əmr İbn Sələmədən (r.a) belə dediyi rəvayət olunmuşdur: “Mən Nəbi (s.ə.s) zamanında yeddi yaşında ikən imamlıq etdim.[1]

4. Kişi Olmaq

Təravih namazı belə olsa kişilər olmadan qadınların özbaşlarına camaatla namaz qılmaları məkruhdur. Qadınlar öz aralarında namaz qıldıqları təqdirdə imam olan qadın digərlərinin arasında durar və səfdən irəli çıxmaz, çıxarsa məkruh olar.

Qadınların qadın bir imamın arxasında camaatla namaz qılmalarının məkruh olması bu hədisə istinad edilir: “Qadının namazını evində qılması çöldə qılmasından daha fəzilətlidir. Öz otağında qılması da evin digər tərəflərində qılmasından daha fəzilətlidir.”[2]

Eyni zamanda qadının imamlıq edə biləcəyini bildirən hədislər də vardır: Hz. Əli (r.a) belə deyir: Günlərin birində Rəsulullah (s.ə.s) ilə birlikdə Ümmü Sələmənin evinə getdik. Evdə namaz qılan qadınlar vardı. Allahın Elçisi, onların hansı namazı qıldıqlarını soruşdu. Ümmü Sələmə fərz namazı qıldıqlarını dedikdə belə buyurdu: “Ey Ümmü Sələmə! Onlara imamlıq etməli deyildinmi?” Ümmü Sələmə, bəli daha yaxşı olardı, dedi. Nəbi (s.ə.s) belə buyurdu: “Belə olduqda (namaz qıldırarkən) cərgədə onların nə qabağında, nə də arxasında, tam ortalarında dur. Beləlikə onlar sənin sağında və solunda olsunlar.”[3]

Kişinin həyat yoldaşı, ana, bacı, xala, bibisi kimi bir məhrəminin olmadığı yerdə naməhrəm qadınlara imamlıq etməsi məkruhdur. Ancaq məscid kimi toplu namaz qılınan yerlərdə qıldırarsa məkruh deyildir. Çünki Rəsulullah (s.ə.s) kişilərin əcnəbi qadınlarla təkbaşına qalmasını qadağan etmişdir.[4]

5. Dəstəmazlı və Təmiz Olmaq

Camaatla namazdan sonra imam olan şəxs dəstəmazsız və ya cünub (qüslsuz) olduğunu xatırlayarsa, camaat namazı yenidən qılmalıdır. Çünki Əmr İbn Dinar, Hz. Əlinin cünub və ya dəstəmazsız bir namaz qıldırdığını xatırlayandan sonra özü və camaatın bu namazı yenidən əda etdiklərini bildirir.[5] Bu rəvayətə əsasən alimlərin əksəriyyəti imamla yanaşı  camaatın da xəbər tutduqlarında vaxt çıxmayıbsa əda, çıxıbsa qəza etmələri lazımdır. Ancaq bəzi alimlər də camaat məsciddən ayrılıbsa imamın namazı yenidən qılar, camaatın namazı isə tamdır demişlər.

6. Başqasına Tabe Olmamaq

İmama sonradan tabe olan kəs (məsbuq), çata bilmədiyi qismi tamamlamaq üçün ayağa durduqda, ona başqasının tabe olması caiz deyildir. Çünki həmin şəxs əslində başqasına tabe olmuş vəziyyətdədir.

7. Üzrlü Olmamaq

Hənəfi və hənbəlilərə görə, imam olacaq şəxsdə mütəmadi olaraq burun qanaması, yellənmə, sidiyini tuta bilməmə kimi üzrlər olmamalıdır.

Şafeilərə görə isə, namazı təkrarən qılmaq vacib olmayacaq dərəcədə üzrlü olan kəsin üzrsüz sağlam olana imamlıq etməsi düzgün hesab edilmişdir.[6]

8. İmamın  Qiraətində Düzgün Olması 

İmamlıq edən şəxsin, namazda düzgün olacaq dərəcədə Quranı əzbərdən və düzgün oxuya bilməsi vacibdir.

[1]Şövkani, e.a.ə., III, 165.

[2]Əbu Davud, Səlat, 53, 199.

[3]Zeyd b. Əli, Müsnəd, cəm edən Bağdadi, Darul-Kutubil-Elmiyyə, Beyrut (ty), s. 111, 112.

[4]Meydani, Lübab, I, 82; İbn Abidin, e.a.ə., I, 528 vd; Zeylai, Təbyinul-Həqaiq, I, 13.

[5]Təhanəvi, İlaus-Sünən, IV, 288, H. No: 1275-1277, Əhməd İbn Hənbəl, I, 88, 89.

[6]İbn Abidin, e.a.ə., I, 541; Züheyli, e.a.ə., II, 179.



Açar sözləri

imamlıq... namaz

Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


Şərh yaz