Aylıq namaz vaxtları
28. 263 dəfə oxunub ,   4 şərh   Çap et

Səhər (Sübh) namazı. İkinci fəcrin (fəcr – gunəş çıxmazdan qabaq göydə görunən qırmızılıq, dan yerinin sökulməsi) doğmasından gunəşin çıxmasına qədər olan muddət səhər namazının vaxtıdır. İkinci fəcr sabaha doğru şərq ufuqlərindən yayılan aydınlıqdır. Bu aydınlıqla səhər vaxtı girir. Səhər namazı iki rukət ilk sunnət, iki rukət fərz olmaqla dörd rukətdir.

Zöhr namazı. Zöhr namazı gunəşin günorta vaxtı zenit nöqtəsinə qalxıb qərbə doğru yönəlməsi ilə başlayır. Dörd rukət ilk sunnət, dörd rukət fərz, iki rukəti də son sunnət olmaqla on rukətdir.

Əsr namazı. Əsr namazının vaxtı zöhr namazının vaxtı çıxandan sonra başlayır və gunəşin batması ilə sona çatır. Səkkiz rukətdir. Dörd rukət sunnət, dörd rukət fərzdir.

Axşam (Məğrib) namazı. Axşam namazının vaxtı gunəşin tam batması ilə başlayır və şəfəqin itməsi ilə sona çatır. Beş rukətdir. Üç rukəti fərz, iki rukəti sunnətdir.

İşa namazı. İşa namazının vaxtı qırmızı şəfəqin itdiyi andan etibarən başlayır və ikinci fəcrin doğuşuna (dan yerinin ağarmasına) qədər davam edir. On rukətdir. Dörd rukətlik sunnət, dörd rukəti fərz və iki rukəti də son sunnətdir.

Vitr namazı vacib namazdır və işa namazından sonra qılınır. Üç rukətdir.




4 şərh yazılıb
  1. Jalə , 30/11/2014 tarixində, saat 13:11

    Çox gözəl səhifədir. .
    Allah hamınızdan razı olsun

  2. Ali , 20/02/2015 tarixində, saat 11:02

    Allah butun momin baci qardawlarimizin ibadetini kamil etsin inwallah

  3. Musəvi , 31/05/2017 tarixində, saat 15:05

    Vitr namazı harda yazılıb vackbdi özüdə 3 rükətdi ????

Şərh yaz

*