- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qapı döyülərsə, namaz pozula bilərmi

Namazda insanın canına və ya malına zərər dəymə ehtimalı olduğundan namazı pozmağa icazə verilmiş, hətta bəzi hallarda namazı pozmaq vacib qəbul edilmişdir. İbn Abidin bu məsələyə belə izah gətirmişdir: “(Zərər vermə ehtimalı olan) ilanı öldürmək, heyvanı qaçırmaq, yeməyin daşması, özünün və ya başqasının bir dirhəm dəyərindəki malının məhv olması kimi səbəblərdən namazı pozmaq mübahdır”. Bundan əlavə, darda qalan, boğulan, yaxud yanan bir şəxsi xilas etmək üçün namazı pozmaq vacibdir. Nəticə etibarilə, namaz qılarkən qapının döyülməsi, telefon zəngi kimi hallarda can və mala hər hansı zərər dəymə məsələsi olmadığı müddətdə namazı pozmaq caiz deyil.