- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Müsəlmana kafir demək haramdır

 

 عَنِ ابْنِ عُمَرَ   قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إِذَا قَالَ الرَّجُلُ لِأَخِيهِ: يَا كَافِرُ فَقَدْ بَاءَ بِهَا أَحَدُهُمَا فَإِنْ كَانَ كَمَا قَالَ وَإِلَّا رَجَعَتْ عَلَيْهِ»

İbn Ömər (r.anhumə)  Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Bir nəfər din qardaşını “kafir” deyə ittiham edərsə, bu iddia ya söz deyilən, ya da sözü deyən şəxsə aid olur. Əgər küfr ittihamına məruz qalan adam həqiqətən deyilən kimi kafirdirsə, onda o şəxs əhli-küfrdəndir, söz yerini tutmuş sayılır. Əgər ittiham edilən şəxs kafir deyildirsə, həmin iddia boş qalmayıb deyən adama qayıdır (o adam kafir olar)”. [Buxari, Ədəb 73; Müslim, İman 111]