- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Münafiqə hörmət etmək olmaz

 

 عَنْ بُرَيْدَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا تَقُولُوا لِلْمُنَافِقِ سَيِّدٌ، فَإِنَّهُ إِنْ يَكُ سَيِّدًا فَقَدْ أَسْخَطْتُمْ رَبَّكُمْ »

Hz. Bureydə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir:

“Münafiqə “seyyid” (ağa, cənab)  deməyin. Əgər o, həqiqətən, “seyyid” yerinə qoyulmağa və hörmət olunmağa layiq bir mövqedədirsə, o halda siz bu zillətinizlə Qüdrətli və Əzəmətli Rəbbinizin qəzəbini öz üstünüzə çəkmiş olursunuz”. [Əbu Davud, Ədəb 83]

İzah: Bu hədis müsəlmanların münafiqliyi təsdiq edilmiş (məlum) şəxs və ya qruplar qarşısında alçamamalı olduğunu, izzət və üstünlüyün Allaha, Rəsuluna (s.ə.s.) və möminlərə məxsus olduğunu xatırladır. Əgər möminlər Haqqın göstərdiyi hədəfə çata bilməmiş, arzu edilən məqama yüksəlməmiş və həmin şəxsin üstünlüyü təsdiq və etiraf edilmişsə, bu vəziyyətdə Allahın qəzəbi və xoşnudsuzluğu möminləin üstündən əskik olmayacaq.