2. 284 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: İlk vaxtlar insanda mövcud olan təbliğ eşqinin yerini tədricən fərdi və ictimai problemlərə əvəz etməyə başlayır. Belə hallarla tez-tez qarşılaşırıq. Mömin neçə yaşına qədər təbliğ fəaliyyəti (İslama xidmət) ilə məşğul olmalıdır və ya bunun hər hansı yaşı varmı? Sonradan gələnlər də eyni aqibətlə qarşılaşacaq?

Cavab: Təbliğ fəaliyyətinə (xidmətə) başlayanlar hər hansı imtahana çəkilmədikləri və dünyəvi problemlərlə üzləşmədikləri müddətcə canla-başla vəzifələrini yerinə yetirməyə çalışarlar. Mümkündür ki, bir müddət sonra həmin həvəs və şövqün yerini bədbinlik və ətalət əvəz etsin.

Bunu xüsusi qeyd edək ki, həmin vəziyyət hamı üçün eyni deyil. Vəzifəyə başladığı vaxt olan eşq və həyəcanını ilk günlərdə olduğu kimi sonuna qədər qoruyan bir çox insan vardır. Keçmişə nəzər salsaq bunun bir çox nümuməsini görə bilərik. Məsələn, Hz. Nuha inananlar sona qədər onun yanında qalmış və gəmiyə onunlə birlikdə minmişdilər. Uşaqlığından etibarən həmişə Hz. Musanın yanında olan Hz. Yuşa bin Nun, daha sonrakı illərdə və ən çətin məqamlarında Hz. Musayla birgə olmuşdur.

Bunlarla yanaşı tədricən şövqünü itirən, bir mənada hüzurla müşərrəf olduğu halda bundan imtina edənlərin sayı da az deyil. İsrailiyyat mənşəli olsa da verdiyi dərs baxımından Hz. Musanın (ə.s) başından keçən bu hadisə olduqca ibrətamizdir:

Hz. Musa, özündən Tövratı dinləyən, illərcə arxasından gələn bəzi şəxslərin tədricən geriyə dönüb dağıldıqlarını, dünyəvi problemlər qarşısında çarəsiz qaldıqlarını gördükdə bu mənzərə onu çox kədərləndirir. Çünki peyğəmbərliyinə ina­nan bəzi insanlar onu tərk etmiş, getdikləri yolda onu yalnız buraxmışdılar. Hz. Musa bu işin hikmətini öyrən­mək düçüncəsi ilə Cənabı-Haqqdan belə bir sual soruşur: “Ey Rəbbim! Necə ola bilər ki, bir insan Sənə inanandan, Səni tanıyandan sonra geri əvvəlki cahil vəziyyətinə qayıda, Səndən uzaqlaşa bilir?”

Cənabı-Haqq:“Ya Musa! Onlar həqiqətən Məni bilənlər deyil, gələrkən yoldan dönənlərdir.” − bu­yu­rdu.

Bəli, hər dövrdə bu şəkildə yollarda tökülüb qalan bir çox insan olmuşdur. Belələrin qəlbi və ruhu tamah, qorxu, xudbinlik və s. vasitələrə yolda ilişib qaldığına və geriyə dönmüşlər. Bu sayılan xüsuslar, hər dövrün insanı kimi günümüzün hizmət insanları üçün deyilə bilər.

Bu mövzuda digər bir önəmli məsələ də əvvəllər həyatını (Haqq yolunda) xidmətə həsr edənlərin fikir ayrılıqlarına düşmələridir. Bu çox əhəmiyyətli bir xüsusdur. Əvvəlkilər arasındakı düşüncə ixtilafı, sonradan gələnlərin də ixtilafa düşməyinə gətirib çıxarır ki, bu da arxadan gələnlərin ümidsizliyə qapılmasına və geriyə dönməyinə səbəb ola bilər. Elə buna görə də, öndəkilərin çox qərarlı, sabitqədəm olmaları çox əhəmiyyətlidir.

Əvvəlcə görüləcək iş və xidmətlər yaxşıca məşvərət edilməldir. Bütün nəticələr, risklər və faydalar nəzərə alınmalıdır. Yəni hər hansı bir dünyəvi iş kimi həmin işi bilən insanlar tərəfindən bütün ehtimallar nəzərdən keçirilməli, uzlaşma təmin edilməli, sonra da təşəbbüs göstərilməlidir. Bu məsələdə hər hansı bir qüsur olmamalıdır. Rəsulullah (s.ə.s), bir işin başlanğıcında, səbəblərə riayət etməkdə xəta etməməyi öyrətmək məqsədilə dəvəsini bağlamadan məscidə girib “Allaha təvəkkül etdim” deyən şəxsə, “Əvvəl dəvəni bağla, sonra təvəkkül et!” buyurmuşdur.Allah Rəsulu (s.ə.s) bu sözü ilə, “nəticədə qədəri tənqid etməmək üçün bütün zərərli yolları bağlayıb qazanc yollarını açdıqdan sonra işə başla. İşin başında səbəblərə riayət edərkən xəta etmə ki, sonda da “Kaş ki!” deməyəsən.” Fikrini çatdırmaq istəmişdir.

İşin başlanğıcında buraxılan səhv, axırda “kaş ki, belə məşvərət etməsəydik!” kimi ifadələrin səslənməsinə səbəb olar ki, bu da qədəri tənqid etməkdir. Çünki, keçmişə və başa gələn müsibətlərə qədər nöqteyi-nəzərindən baxmaq lazımdır. Bu mövzuda edilən hər hansı bir tənqid isə, qədərə “daş atmaq” deməkdir. Qədərə “daş atan” isə öz başına “daş atmış” olar. Beləliklə,  xidmət öndərləri xidmətdə əsla qüsur etməmək üçün mütləq məşvərətə riayət etməlidirlər. Çünki, gedilən yoldan geriyə dönmələrin hamısı fikir ayrılıqlarına səbəb olar ki, bu da nəticədə parçalanmağa, görülən işlərin məhv olmasına səbəb ola bilər.

Allah, edəcəyi işlərlə əlaqəli hər şeyi Rəsulullaha (s.ə.s) əyan etmiş, O da, hər şeyi görüb ona görə addımını atmışdır. Bundan heç kəsin zərrə qədər şübhəsi olmamalıdır. Bununla yanaşı O (s.ə.s), Bədir, Uhud və Xəndəkdə səhabələri ilə məsləhətləşmiş və seçimini onların rəyinin çoxluq təşkil etdiyi istiqamətdə etmişdir. Bu, Onun bir prinsipi idi. O, özü ilə eyni cəbhədə olanların könüllü, bütün varlıqları ilə orda olmasını arzu edirdi. Çünki, ruhu Onunla birlikdə olmayan bir insanın bədənini aparmasının mənası yox idi.

Misal olaraq, Allah Rəsulu, İbn Cahşın başçılıq etdiyi səriyyəni Məkkə yaxınlığındakı bir yerə göndərmişdi. İbn Cahşa yanındakılarla birgə Məkkəyə qədər getməyi, tabeçiliyindəkiəri heç nəyə məcbur elətdirməməyi, evə qayıptmaq istəyənləri sərbəst buraxmasını tapşırmışdı.

Bəli, Rəsulullah (s.ə.s) məşvərətə böyük əhəmiyyət verərdi. Uhud döyüşündən əvvəl də səhabələrini yığıb onlarla məsləhətləşmişdi. Əshabı-kiramın gəncləri, “Ya Rəsulullah! Bədirdə olduğu kimi şəhərdən kənara çıxaq. Onlarla üzbəüz vuruşmaq şərəfindən bizi məhrum etmə!” − dedilər. Allah Rəsulu (s.ə.s) isə şəhərdə qalaraq müdafiə olunmaq istəyirdi. Əslində bu, Allah Rəsuluna (s.ə.s) gördüyü bir yuxu vasitəsilə göstərilən strategiya idi. O, yuxusunda zirehini geyindiyini, bəzi inəklərin öldürüldüyünü və qılıncından bir parçanın qırıldığını görmüş və bu yuxunu aşağıdakı kimi yozmuşdu:

“Bu zireh bizim üçün Mədinə şəhəridir, gəlin özümüzü müdafiə edək. Onlar bizə hücum etsinlər, biz onları burda qarşılayaq. Yuxuda öldürülən inəklər, mənim səhabələrimdir. Gəlin ora getməyək. Qılıncımın ağızından bir parçanın qopması yaxınlarımdan birinin ölməsi deməkdir.”

Bəli, Allah göstərmiş, tənbeh etmiş və Həbibinə bir mesaj verərək, “Onlara qarşı müdafiə hərbi edin!” − demişdi.

Ancaq, bütün bunlara baxmayaraq Allahın Elçisi (s.ə.s) məşvərətdə ümumun (əksəriyyətin) fikirini əsas götürərək zirehini geyinmiş və Bədirdəki kimi üz-üzə, göz-gözə meydan döyüşünə getmişdir. Sonra səhabələrin böyükləri məsələnin fərqinə varıb gəncləri razı salmış və Rəsulullahın (s.ə.s) yanına gələrək, “Ya Rəsulullah! Gənclər öz fikirlərindən imtina etdilər. Siz, necə əmr edirsinizsə elə edək.”− dedilər. Amma Allah Elçisi (s.ə.s), “Bir Peyğəmbər, hər hansı bir məsələdə qərar verdikdən sonra həmin qərarından əsla dönməz.” − deyərək məşvərətdə qəbul edilən qərarı tətbiq etmişdi.Şübhəsiz bunun da bir çox hikmətləri vardır…

Əvvəla, Rəsulullah (s.ə.s) çölə çıxmayıb Mədinənin içində müdafiə olunsa, müşriklər də Xəndəkdə olduğu kimi ətrafını mühasirə etsəydi, onda bəziləri “Peyğəmbər çölə çıxsaydı, Bədirdəki kimi biz də qənimət əldə edərdik.” − deyə bilərdilər. Rəsulullahın (s.ə.s) söylədikləri barədə ona nə isə öyrətməyə çalışmaq, Onun tədbirini tənqid etmək − İmam Şafeinin fikrinə görə − küfrə girmək deməkdir. O (s.ə.s), söylədiklərinə görə əsla tənqid oluna bilməzdi.

Allah Rəsulu (s.ə.s) məşvərətin nəticəsinə görə qərar verib Mədinədən kənara çıxmışdı. Qərar verdikdən sonra geri dönsəydi, ehtimal ki, bu insanların fikir ayrılığına düşməyinə səbəb olacaqdı. Bəziləri, “Peyğəmbər fikirindən imtina döndü” deyəcəkdilər. Halbuki qərar verdikdən sonra fikirdən dönmək, iradənin zəifliyinə işarədir ki, O (s.ə.s), bu cür şeylərdən çox-çox uzaqdır. Bunlar İslam tarixində çox mühüm hadisələrdəndir. Beləliklə, işin əvvəlində çox yaxşı düşünmək, məqsədəuyğun qərar vermək və sonra da geriyə dönməmək lazımdır. Çünki hər geri dönüş, bir qisim insanların da getməsi deməkdir.

Nəticə etibarilə deyə bilərik ki, əgər “xidmət karvanı” içində tökülən insanlar varsa, deməli onlar, bu məsələni yaxşı dərk etməmiş və sonra da dözə bilməmiş, incinmiş, geriyə dönmüş kəslərdir. Xidmət öndərlərinin bəzi şeyləri düzgün qiymətləndirməməsi bəzən bir ölkəni tamamilə məhvə apara bilər.

Bu problemin sonunda, insanı kədərləndirən belə bir ifadə də var: “Bir xidmət insanının xidmət ömürü (təbliğ fəaliyyəti) bir neçə ildənmi ibarətdir? Belə olsa, arxadan gələnlər eyni aqibətin təsəvvürüylə sarsılmazlarmı?”

Bəli, xidmət ömrü, bir neçə ildən ibarət olanlar vardır. Bu fəaliyyətlər − Allahın inayətilə − ixlas və Allahın rizasını qazanmağa əsaslanır. Bu yolda səmimiyyət və ixlasla gedə bilməyənlər ələnəcəklər. Rəsulullah (s.ə.s), Mədinə şəhəri üçün “Mədinə, eynilə körüyün xası pasdan ayırması kimi insanların pisini yaxşısından ayırar.” − buyurmuşdur. Burada Mədinə xüsusi vurğulansa da, mövzu ümumidir. İndiki dövrdə də imana və Qurana xidmət edənlər arasında ixlasını qoruya bilməyənlər tədricən ələnəcək və töküləcəklər. Bunu dəyişdirməyə də heç kəsin gücü çatmayacaq. Ancaq niyazımız odur ki, Rəbbimiz, bir addımlıq da olsa imana və Qurana xidmət edənlərin ayağını sürüşdürməsin və onları daim mühafizə etsin!

Cənabı-Haqq, hər böyük iddianın, təməllərinin atıldığı dövrlərdə xam ruhların təmizlənməsi üçün o iddia sahiblərini müxtəlif imtahanlardan keçirər. Çünki əvvəldə ələnməyən xam ruhlar, daha sonra meydana gələcək çətin imtahanlar qarşısında ələnə bilərlər. Bu da böyük bir fəlakət deməkdir. Bu səbəblə işin bünövrəsini təşkil edən insanların, dönməyənlərdən olması üçün bir qisim ələnmələrin olması zəruridir. Xidmət etdiyiniz illərdə ətrafınızdakıların ələnəcəklərini, xasların xamlardan ayrılacağını görəcəksiniz.

Əsri-səadətdə də bu cür “təmizlənmələr” olmuşdur. Məsələn, Ureynə qəbiləsindən bir qrup insan Mədinəyə gəlib bir növ mədə xəstəliyindən əziyyət çəkdiklərini bildirərək Rəsulullahdan (s.ə.s) kömək etməyi istəmişdi. Allah Rəsulu (s.ə.s) da, “Sədəqə dəvələri var. Gedin, onların südlərindən için.” − demişdi. Onlar da Rəsulullahın (s.ə.s) dediyi yerə gedib söylədiklərini etmiş və şəfa tapmışdılar. Sonra da dəvələrin çobanlarına müxtəlif işgəncələr etmiş, hətta gözlərini çıxararaq öldürərək qaçıb getmişdilər.

Bu xəbəri eşidən Allah Rəsulu (s.ə.s) dərhal onları tapdırmış, “qisas” hökmünü tətbiq etmişdir. Bundan sonra da, “Mədinə, eynilə körüyün xası pasdan ayırması kimi insanların da pisini yaxşısından ayırır.” buyurmuşdur. Mədinə eynilə bir körük kimidir. Necə ki, körük, kömür və dəmirin hisini pasını silib təmizləyir, eynilə onun kimi Mədinə də xəbis ruhlu insanları təmizləyib bünyəsindən atır. Mədinə kimi eyni missiyanı yerinə yetirən şəhər və cəmiyyətlərin də bənzəri xüsusiyyətlərə sahib olması mümkündür.

“Təmizlənənlərə” nümunə olması baxımından Rəsulullaha (s.ə.s) inanmış, Onun yanında olan Rəccal adlı şəxsi də xatırladaq. Bu şəxs, daha sonrakı illərdə Yəmamədə peyğəmbərlik iddiasında olan yalançı Müseyləmənin tərəfində mürtəd olaraq öldürülmüşdür. Bu misalları çoxaltmaq mümkündür.

Bəli, bunun kimi hər dövrdə “təmizlənən” bir çox insan olmuşdur. Bu gün olduğu kimi sabah da davam edəcək. Bu barədə kimsənin təminatı yoxdur. (Allah bizi mühafizə eləsin!) Bu mövzuda “Ön səflərdə biz varıq” kimi düşüncələrə qapılmamaq lazımdır. Belə bir düşüncə əvəzinə, “Bir nəfərlə bu işə başladıq. Gələcəkdə yaşıllaşacaq bir bağçanı sulayırıq.” deməli və “Rəbbim, sağlam əllərə təslim edəcəyimiz vaxta qədər bizi gücümüz çatmayacaq imtahanlarla sınağa çəkməsin” deyə dua etməliyik.

İndi keçək əsas məsələyə. Bu cür hərəkətlərdə şövq və həyəcanın yerini fərdi və ictimai problemlərin əvəzləməsi ilə tez-tez qarşılaşırıq. Bunun qarşısını almaq üçün aşağıdakı xüsuslara diqqət yetirmək lazımdır:

Hər şeydən əvvəl, bura qədər ifadə edilən məsələləri nəzər yetirsək onu görərik ki, imana və Qurana xidmət yolunda əsla ümidsizliyə düşməmək lazımdır. İnanan insan, tək başına da qalsa: “Allah mənimlə birlikdə olduqdan sonra, Onun inayətiylə hər işin öhdəsindən gələrəm.” düşüncəsidə olmalıdır. Necə ki, Qurani Kərim Hz. İbrahimə “Təkbaşına bir ümmətdir.[1] deməkdədir.

Bundan başqa Hz. İbrahim tək bir fərd idi, amma onun himməti, bütün insanlığı içinə alacaq qədər geniş idi. O, bütün dünyanı qucaqlamaq əzmində idi. Atəşə atılarkən tək başınaydı. Tək bir insan çıxıb bu zülmə “Dayan!” deməmişdi. Hz. Musaya əza və cəfa edilərkən saraydan biri qarşı çıxıb, “Nə olub, siz, bir insan “Rəbbim Allahdır.” dedi deyə qalxıb onu öldürəcəksinizmi?”[1] deməmişdi. Rəsulullaha (s.ə.s) eyni sözlərin deyildiyini Hz. Əbu Bəkir nəql etmişdir. O, müşriklər Allah Rəsulunun üzərinə atıldığı zaman özünü Ona sipər etmiş, “Allah təkdir dediyi üçün onu öldürəcəksinizmi?” demişdi. Amma Hz. İbrahim, mancanağa qoyulub atəşin içinə atılarkən yanında heç kim yox idi ki, göylər hərəkətə keçdi. Cəbrayıl (əleyhissalam) gəldi və “İstəsən Rəbbim sənə kömək edəcək.” dedi. Hz. İbrahim isə buna qarşı yalnız “Hasbi, hasbi!” demişdi. Bu, mənəvi bir böyüklüyün, dərinliyin, Allaha qarşı vəfanın və sonsuz etimadın ifadəsidir.

Bax bizim yolumuz da, Xəliliyyə yolu, Hz. İbrahimin, has­bi­lərin − yəni maddi-mənəvi füyuzat hisslərindən uzaqlaşıb fədakarlığı seçənlərin yoludur. Bu səbəblə bu yola baş qoyanlar tək başlarına qalsalar da qorxmadan, incinmədən, dözməli və bezmədən, usanmadan yola davam etməlidirlər.

Bax elə bu anlayışda olan bir fərdin, ümidsizliyə düşməsi qətiyyən düşünülə bilməz. Çünki o bilir ki, müvəffəqiyyət Allahdandır. Hidayət edəcək və könülləri yumşaldacaq olan da Odur. Bütün şərtlərin mənfiliyinə baxmayaraq haqq və həqiqətə aid bir qism toxumlar bir neçə il əvvəl torpağın bağrına atılması və rüşeymlər halında başlarını çölə çıxarması tamamilə Allahın lütfüdür. Bundan sonra bunu qorumaq, mühafizə etmək və gələcəyə aid funksiyasını yerinə yetirib-yetirməməsi də Allaha aiddir. Bu səbəbdən bu, bizi çox da maraqlandırmamalıdır. Bundan əlavə Allahın rububiyyətinə qarışmaq bir ədəbsizlikdir. Buna görə də, biz ümidsizliyə düşməməli, pessimist olmamalıyıq.

İkinci olaraq, möminlər harada olmasından asılı olmayaraq tez-tez bir-birlərini ziyarət etməli və bir-birlərinin üstün xüsusiyyətlərindən faydalanmalıdırlar. Məncə bu gün möminlərin buna çox ehtiyacları var. Çünki maddiyyat və kəmiyyət çoxaldığı zaman, mənəvi rabitələr də ona bərabər artmazsa tarazlıq qoruna bilməz. Beləliklə çoxaldıqca əlaqə daha da qüvvətli olmalıdır. Bunu təmin etmək üçün də möminlərin tez-tez bir-birlərini ziyarət etmələri, görüşmələri, üstünlüklərini bir-birlərilə bölüşmələri, birlikdə bir bütün olduqlarını tez-tez bir-birlərinə xatırlatmaları lazımdır.

Bunu göstəriş üçün deyil, həqiqi mənada etməlidirlər. Qətiyyən “Bizə gəl!”, “Birləşək, güc birlikdədir!” kimi ifadələrdən istifadə etməməli, birləşmək istədiklərini həqiqətən yaşayaraq göstərməlidirlər. Onlara sevdiyini deməli, əgər bir yerdə başqalarına aid bir xidmət görsə onu alqışlamalıdırlar. Möminlər bir-birlərinə qarşı gülərüzlü olmalıdırlar ki, onların bu mehribanlığı dünyada olan bütün nifrəti, kini əritsin. Bütün bunların nəticəsi isə yalnız Allaha aiddir.

Son bir neçə ildir ki, artıq, bir neçə əsr əvvəl ölmüş olan insaniyyət yenidən canlanmağa başlamışdır. Hətta müəyyən bir vaxtdan sonra kamala çatacağını da deyə bilərik. İndi müəyyən bir nəslin yetişməsi və onların bu dövrü idrak etməsi gözlənilməkdədir. Özünü bizə Rəhman və Rəhim olaraq tanıdan Allah, hikmətiylə, rəhmətiylə və inayətiylə bu dövrdə əkilən toxumları inşallah qoruyacaq, başaqlarını mühafizə edəcək, sərçələrin böyüməsini və quşların qanad çırpıb pərvaz etməsini də təmin edəcəkdir. Və inşallah heç bir zaman şövqümüz sönməyəcək.

Əgər ən çox bədbin, pessimist olanınız mənəmsə, mənim düşüncəm budur. Ətrafımda elə optimisit, sevgi dolu yoldaşlar var ki, mən şəxsən onları görəndə özümdən utanıram. Bəli, onlara baxdığım zaman içimdən belə bir fikir keçir: “Bunlar bizi ağ saçlı, yaşlı görürlər. Bəlkə onlara mane oluruq. Bu səbəblə özlərinə düşən vəzifəni də tam olaraq yerinə yetirə bilmirlər. Dünyadan köçüb getsək, ehtimal ki, bu işi daha canlı, daha səmimi görəcəklər.” Üfüq belə görünməkdədir. Üfüqü belə görməyənlər isə pessimist ruhlardır.

[1]Mumin surəsi, 40/28.



Açar sözləri

təbliğ xidmət

Bənzər məqalələr

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Rəsulullahın qərar vermə üslubu

Rəsulullahın (s.a.s.) qərar vermə üslubu necə idi? Qərar verərkən nələri nəzərə alırdı?

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Çətin dövrlərdə təbliğ

İslamı təbliğ edənlər çətinlik və problemlərə qarşı ümidsizliyi aradan qaldırmaq üçün nə edə bilərlər?


Şərh yaz