- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Mömin və müsəlman istilahlarının fərqi

Ümumən İslam alimləri “iman”la “İslam” kəlmələrinin bir-birindən fərqlənmədiyini və eyni məna kəsb etdiyini bildirmişlər. Ancaq bəzi alimlərə görə, bu iki anlayış arasında incə bir fərq vardır. Onların fikrincə, hər mömin (iman edən) müsəlmandır, amma hər müsəlman mömin deyildir. Çünki İslam dilin və bədən üzvlərinin təslim olması və müəyyən əməllərin işlənməsi, iman isə qəlbin bağlanması və təslim olması deməkdir. Bu səbəbdən İslam ümumi, iman isə xüsusi mənada işlənir. “Bədəvilər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz İslamı qəbul etdik, sizə tabe olduq!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır”[1] ayəsi də bu həqiqəti göstərir.


[1] “Hucurat” surəsi, 49/14