- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Misvakdan istifadə orucu pozurmu?

Hədislərə nəzər saldıqda Rəsulullahın (s.ə.s)  oruclu ikən misvakdan istifadə elədiyinə şahid oluruq. Belə ki, Amir ibn Rəbia (r.a): “Mən dəfələrlə Rəsulullahın (s.ə.s), oruclu ikən misvakdan istifadə etdiyinə şahid oldum.”, – deyir.  (Buxari, Savm: 27; Əbu Davud, Savm: 26; Tirmizi, Savm; 29)

İbn Ömər (r.a) isə: “Oruclu, günün başında və sonunda misvak istifadə edə bilər.” – buyurur. (Buxari, Savm 25)

Oruclu ikən misvakdan istifadə etmək orucu pozmur.

Oruclu bir şəxsin diş təmizliyi üçün su ilə isladılmış misvak və fırça istifadə etməsi, İmam Əbu Yusufa görə məkruhdur. İmam Azam Əbu Hənifə və İmam Muhammədə görə isə oruclu şəxs su ilə isladılmış misvak və ya fırçadan istifadə edə bilər. Bu məkruh deyildir.