Aylıq namaz vaxtları
4. 565 dəfə oxunub ,   0 şərh   Çap et

Cinlər və şeytanlar da mələklər kimi insanın hiss orqanları ilə dərk olunmayan, mövcudluqları həm Quranda, həm də hədislərdə açıq-aşkar xəbər verilən varlıqlardır. Bu baxımdan onların varlığını inkar etmək mənaları apaçıq olan ayə və hədislərin inkarı anlamına gəlir.

Cinlər oddan yaradılmışdır

Metafizik varlıqlardan biri də cinlərdir. Cin sözünün lüğəvi mənası “örtülü”, “qapalı” deməkdir. İstilahi mənası isə hiss orqanları ilə dərk olunmayan, müxtəlif şəkillərə düşməyi bacaran, oddan yaradılmış mənəvi və ruhani varlıqlar deməkdir. Qurani-Kərimdə cinlərin yaradılışından bəhs edilərkən onların adı insanla qoşa çəkilir: “İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı. Cini də xalis oddan O xəlq etdi”.[1]

Cinlər insanlardan əvvəl yaradılmışdır

Yer üzünün ilk sakinləri cinlərdir. Bu səbəbdən də mələklər insanın yer üzünə xəlifə olacağını biləndə: “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”– söylədilər.[2] Çünki cinlər yer üzündə fəsad çıxarıb qan tökmüşdülər. Elə isə bir mənada cinlərlə oxşar fitrətə malik olan insan da eyni əməlləri işləyə bilərdi.

Əslində, mələklər bu fikirlərində heç də haqsız deyildilər. Çünki bir insan dini dəyərlərdən uzaq olsa, hər cür haqsızlığı edə, hətta qan da tökə bilər. Doğrudan da, bəşəriyyətin keçmişinə nəzər saldıqda ilk qanın ta Həzrət Adəmin zamanında axıdıldığını görürük. Eyni adamların içərisində Rəbbini tanıyan, fitrətini vəhy qəlibinə salan və yer üzünün xəlifəsi məqamını layiqincə təmsil edənlər də az deyildi. Mələklərin o anda bilmədikləri xüsus da məsələnin məhz bu yönü idi və Allah-Təala mələklərə: “Mənim bildiyim şeyi siz bilmirsiniz!”− deyə xəbərdarlıq etmişdi[3]. Bu xəbərdarlıqdan sonra mələklər dərhal: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən!”[4] – demişdilər. Bu, onların bir mənada tövbə etməsi deməkdi.

Bəli, bu ayədən aşkar şəkildə anlayırıq ki, cinlər insanlardan qabaq yaradılmış və yer üzündə ilk dəfə fitnə çıxarıb qan tökmüş, fəsadın təməlini atmışlar.

Cinlər məsuliyyət məsələsində insanlara oxşayırlar

Cinlər də insanlar kimi qulluq etmək üçün yaradılmışlar. Allah (cəllə cəlaluhu) Qurani-Kərimdə: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” – buyurur[5]. Cinlər də insanlar kimi Allaha müxatəb olan, peyğəmbərlər vasitəsilə ilahi dərgahdan əmrlər alan iradəli varlıqlardır. Onlar da Uca Allahdan əmr və yasaqlar almışlar, dolayısilə, bu ilahi çağırışlara əməl etməyə görə məsuliyyət daşıyırlar. “Rəhman” surəsində həm hər ikisinə birlikdə ilahi xitabın (“Ey cin və insan tayfası…”[6]) enməsi, həm də daşıdıqları məsuliyyətin (“Belə olduqda Rəbbinizin hansı nemətlərini dana bilərsiniz?!”[7]) birgə xatırladılması bu məqama yetərincə aydınlıq gətirir. Həmçinin cinlər də insanlar kimi yeyir, içir, evlənir, çoxalır və ölürlər.


[1] “Rahmən” surəsi, 55/14-15.

[2] “Bəqərə” surəsi, 2/30.

[3] “Bəqərə” surəsi, 2/30.

[4] “Bəqərə” surəsi, 2/32.

[5] “Zəriyət” surəsi, 51/56.

[6] “Rahmən” surəsi, 55/33.

[7] “Rahmən” surəsi, 55/34.




Bənzər məqalələr

Üç hərfli varlıqlar – cinlər

Cin sözünü eşidəndə ürpəririk. Bu səbəbdən də cin sözünün əvəzinə üç hərfli varlıqlar ifadəsindən istifadə edirik. Cin deyəndə həmin varlıqlar yanımıza gəldiyini düşünürük. Bu varlıqların insanlarla ortaq bir çox xüsusiyyətləri var. Əsas fərq ondan ibarətdir ki, biz onları görmədiyimiz təqdirdə, onlar bizi gözə bilirlər. Onlar təkcə adının çəkildiyi yerdə yox, hər yerdə ola bilirlər.

Qurani-Kərimdə cinlər

Bəşər övladı tarix boyu gözlə görünməyən qeyri-adi varlıqların mövcudluğuna inanmışdır. Cinlərin gözlə görünməsi qeyri-mümkün varlıqlar olmasından dolayı qədim dövrlərdə insanlara onlar haqqında doğru-düzgün məlumat əldə etmək müyəssər olmamışdır.

Cinlərlə əlaqə qurmaq mümkündürmü?

Bəzi insanların ruhları cinlərlə əlaqəyə qurmağa münasibdir, yəni bəşəri hüdudlardan kənara çıxa, onların aləmi və dilləri ilə əlaqə qura bilirlər. Bu, fitrətdən irəli gəlir. Ancaq buna görə kiminsə digərlərindən üstün insan olduğunu düşünmək də düzgün deyil. Bu görünməz qüvvələrin tabe olduqları müəyyən prinsiplər vardır. Dolayısilə, insan istədiyi vaxt onları işlədə bilməz. Çünki onlar yalnız və […]


Şərh yaz

*