Aylıq namaz vaxtları
1. 125 dəfə oxunub ,   0 şərh   Çap et

Hənəf məzhəbi alimlərinə görə körpənin ağız dolusu qusuntusu və sidiyi nəcisdir. Paltar və ya bədənə sidik bulaşdıqda, maye olduğundan əhatə etdiyi sahə əlin içi qədər bir genişlikdən çoxdursa  təmizlənməsi lazımdır. Sidiyin bulaşdığı yer əl içindən azdırsa buna icazə verilmişdir, yəni belə bir paltar ilə namaz qılına bilər.

 Qusuntu maye halında olarsa sidiyin hökmünə tabedir. Qatı isə, baxılır əgər təxminən 3 qrama qədərdirsə icazə verilmişdir. 3 qramdan çox olarsa təmizlənməsi şərtdir. Təmizlənmədiyi təqdirdə namaza mane olar.

 Hənəfilərin bu mövzudakı dəlili, sidik və qusma haqqında gələn hədislərin hökmünün ümumiliyidir. Məsələn sidik haqqında Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm): “Sidikdən çəkinin, çünki qəbir əzabının çoxu ondandır.”[1] – buyurmuşdur. Burada uşağın sidiyi istisna edilməmişdir. Ağız dolusu olmayan qusuntu mədədən gəlmədiyi üçün yüngül nəcasət qəbul edilmişdir.

[1] Əli əl-Müttəqi, Kənzul-Ummal, 9/345 (26365).




Şərh yaz


(gərəkli)