Aylıq namaz vaxtları
5. 002 dəfə oxunub ,   0 şərh   Çap et

Dinimizdə kişi və qadınlar üçün övrət olan yerlər, başqalarının yanında haraların açılmasının günah sayılacağı xırdalıqları ilə təyin edilmişdir. Həyat yoldaşları, yəni ər-arvad  arasında övrət yoxdur. Bununla birlikdə alimlər, Peyğəmbərimizdən (s.ə.s.) bizə nəql olunan hədislərə baxaraq çılpaqlıq, hamamda yuyunma ədəbi, həya, övrət kimi mövzulara dəyişik izahlar gətirmişlərdir.

Hamamda tək başına yuyunarkən üzərimizə bir örtü alma bəzi fəqihlərə görə sünnədir. Qüsl alarkən övrət yerini örtmək ədəbdəndir.

Bu mövzuda Əfəndimizdən nəql edilən hədislərdən bəziləri bu şəkildədir:

Behz İbn Hakim (radiyallahu anh) nəql edir: “Bir gün Hz. Peyğəmbərə soruşdum:

–Ey Allahın Rəsulu! Hansı övrət yerimizdən harasını açıq tutub, hansı yerləri örtək?

– Xanımına və sağ əlinin sahib olduqları (o dövrdəki cariyələri qəsd edir) xaricində hər kəsə qarşı övrətini qoru!– cavabını verdi. Mən təkrar:

– Ey Allahın Elçisi, kişilər olan yerdə necə olmalıdır? – dedim,

– Gücün çatırsa övrətini heç kimə göstərmə! – dedi.

–Bəs tək başına olanda necə? – dedim.

– Özünə qarşı həya edilməyə Allah daha layiqdir, – dedi. “(Əbu Davud, Haman 3; Tirmizi, Ədəb 22)

İbn Ömər (radıyallahu anhum) rəvayət edir: “Rəsulullah (əleyhis-salətu vəs-salam) buyurdular ki:” Çılpaq qalmaqdan çəkinin! Çünki sizin yanınızda yalnız ayaq yoluna girdiyiniz zaman və kişi xanımına yaxınlaşarkən ayrılan mələklər vardır. Onlardan utanın və onlara qarşı ədəbli olun. “(Tirmizi, Ədəb 42)

“Biriniz xanımı ilə cinsi münasibətdə olduğu zaman həyat yoldaşı ilə özünün arasına bir örtü alsın. Ər-arvad iki vəhşi eşşək kimi (büsbütün) soyunmasınlar.” (Müslim, Heyz, 10)

Yenə Peyğəmbərimiz (s.ə.s.) bir hədisində Allahın həya sahibi olduğunu və həya sahibi olub örtünənləri sevəcəyini ifadə etdikdən sonra bizlərə yuyunma əsnasında da örtünməmizi tövsiyə buyurmuşdur. Bunun səbəbi də yenə hədislərdə zikr olunan Allaha qarşı ehtiram, rəhmət mələklərinə ilə münasibəti pozmamaq kimi mülahizələrə bağlanmışdır.

Hz. Aişənin(r.ah.) anamızın Peyğəmbərimizlə (s.ə.s.) birlikdə yuyunduğunu nəql etdiyi hədis Buxaridə keçməkdədir.[1]  Bu hədisdən çıxan hökm belədir: ər-arvad birlikdə yuyunması caizdir.  Ancaq bir şərt vardır ki, övrət yerləri örtülü olmalıdır. Son olaraq deyə bilərik ki, insan istər xanımı ilə, istərsə də tək başına yuyunarkən övrət məhəllinin örtüksüz olması haram deyildir. Ancaq güslün ədəbinə uyğun hərəkət etməmiş olur.

Lakin hamamda  məhrəmi olan şəxslər vardırsa, o təqdirdə örtünmə barəsində ayrı bir həssaslıq göstərilməli. Övrət yeri sayılan diz qapağı ilə göbək arası heç kimsəyə göstərməməli, açıq olanlara da baxılmamalıdır.



[1]  Buxari, Qüsl, 2; Əbu Davud, Təharət 96, 238




Bənzər məqalələr

Ölüyə toxunmaq qüslu pozurmu?

Sual: Xalq arasındakı belə bir inanclar var ki: bir, evdə ölən olduqda, orada iştirak edənlər qüsl almadan namaz qıla bilməzlər. İkinci olaraq da, evdəki bütün əşyalar, hətta xalça-palaz yuyulmalıdır. Bu nə dərəcədə doğrudur?


Şərh yaz

*