- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Kirli paltarlar neçə dəfə yuyulmalıdır?

Müəyyən ibadətləri yerinə yetirmək üçün bədən, paltar və ibadət edilən yer təmiz olmalıdır. Dinə görə murdar (nəcasət) sayılan maddələr bulaşmayan paltarlar təmiz sayılır. Fəqihlər murdar sayılan maddələri “ağır” (nəcasəti-ğaliza) və “yüngül” (nəcasəti-xəfifə) olmaqla iki yerə ayırırlar. Qan, məni, sidik, nəcis və s. ağır nəcasət sayılır. Namaz qılan şəxsin paltarında və ya namaz qılacağı yerdə bir dirhəm (təxminən dörd qram[1]) və ya daha çox miqdarda “ağır” nəcasət varsa və paltarını təmizləyə bildiyi halda təmizləmədən namazını qılan şəxs, həmin namazı yenidən qılmalıdır. “Ağır” nəcasət maye halında olduqda ovucun içi qədər paltara bulaşıbsa həmin paltar natəmiz (murdar) sayılır. Yüngül nəcasətlərin namaza mane olan miqdarı isə paltarın dörddə biri qədərdir.

Nəcasət bulaşaraq kirlənən paltarlar üç dəfə yuyulmalı sonra suyu sıxılaraq və ya suyu tam süzüldükdən sonra asılmalıdır. Belə paltarlar paltaryuyan maşında yuyulsa üç dəfə yuyulmuş sayılır. Çünki paltaryuyan maşınlar paltarı əldə yumadan daha yaxşı yuyurlar.

Nəcasət bulaşmayan kirli paltarlar isə sadəcə bir dəfə yumaqla təmiz sayılır, çünki kir nəcis deyildir. Bu cür paltarlarla ibadət etmək olar. Kirli (nəcasət bulaşmaqla murdar olan) paltarları təmiz (nəcasət bulaşmayan) paltarlarla bir yerdə yumaq mümkündür.

Quru təmizləmə ilə təmizlənən paltara bulaşan murdarlıq tam təmizlənmiş sayılmır. Çünki qurur təmizləmə maşınları paltarı bir dəfə yuyur, bir dəfə də yaxalayır. Nəcasət bulaşan paltarın üç dəfə yuyularaq təmizlənməsi şərtdir.


[1] Kallek, Çengiz, “Miskal”, DİA, XXX, 182