- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Kimlər fidyə verə bilər?

Bəqərə surəsi 184-ci ayəsinə əsasən Ramazan ayına qovuşan  hər bir möminə oruc tutmaq fərzdir. Ancaq Ramazan ayında  səfərə çıxan və yaxud hər hansısa bir xəstəliyi olan kimsələr tuta bilmədiyi günlərin sayısına görə daha sonra bu oruclarını qəza etməlidirlər. Ancaq oruc tutmağa hər hansı bir şekildə gücü çatmayanlar, tuta bilmədiyi hər bir gün üçün  fidyə verməlidir. Oruc tutmmaqdan boyun qaçıraraq fidyə vermək olmaz. Fidyəyi, halhazırda və iləriki bir zamanda oruc tutmağa fiziki cəhəttən imkanı olmayan insanlar verməlidir. Bunlar da əldən-ayaqdan düşmüş, taqəti kəsiliş yaşlı insanlar və xəstəliyinin sağalma ehtimalı az olan kəslərdir. Hamiləlik, uşaq əmizdirmə, qadınlara məxsus hallar,  sağala biləcək xəstəlik, səfərdə olma kimi hallar özürlülük hallarıdır, fidyə verərək oruc tumaq məsuliyyətindən qurtula bilməzlər. Özürlülük halı başa çatdıqdan sonar ilk fürsətdə tutmadıqıqları orucların qəzasını tutmalıdırlar. Hətta bir xəstə, sağalmaz bir xəstəliyə düçar olduqdan sonra şəfa taparaq sağalarsa, öncədən fidyə vermiş olsa belə tuta bilmədiyi oruclarını qəza etməlidir