Göz damcısı orucu pozur?

Göz damcısı orucu pozmur.

Qulaq yudurmaq orucu pozurmu?

Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.

Misvakdan istifadə orucu pozurmu?

Oruclu ikən misvakdan istifadə etmək orucu pozmur.

Nəzir orucu nədir?

Nəzir insanın fərz və ya vacib olan hər hansı ibadəti edəcəyinə dair Allaha verdiyi sözdür. Nəzir sözünün əvəzinə əhd sözü də işlədilir.

Dişə plomb qoymaq orucu pozur?

Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.

Pozulan nafilə oruc qəza edilməlidirmi?

Ramazan ayı xaricində insanın öz istəyi ilə tutduğu oruclar nafilə oruc sayılır. Nafilə belə olsa başlanılan ibadəti tamamlamaq lazımdır.

Krem, pomada və qoxu orucu pozurmu?

Jele, krem və ətirdən istifadə etməklə oruc pozulmur. Bədənə istilik verən kremlər (vicks, vyetnam mazı və s.) də orucu pozmur.

Anesteziya orucu pozurmu?

Anesteziya müəyyən dərman preparatları vasitəsilə mərkəzi sinir sisteminin və ya hər hansı orqanın keyidilməsinə deyilir. El arasında “narkoz” adlanır.

Dilaltı həblər orucu pozurmu?

Ürəyində narahatlıq olan bəzi şəxslərin istifadə elədiyi dilaltı həblər birbaşa ağız toxumaları tərəfindən qana sovrulur, mədəyə gedib çatmır. Buna görə də dilin altına qoyulan həblərdən istifadə etmək orucu pozmur.

Dənizdə çimmək orucu pozurmu?

Dəniz, göl və ya çayda çimmək orucu pozmur. Lakin belə yerlərdə istəmədən də olsa ağız və burundan su girsə yəni su udulsa oruc pozulur.

Astmalı xəstələrin istifadə etdiyi aerozol orucu pozarmı?

Ağciyər xəstələrinin istifadə etdiyi aerozol bir istifadədə 1/20 ml kimi çox az bir miqdar ağıza püskürdülməkdədir. Spreyin əhəmiyyətli bir qismi ağız və  nəfəs borularının divarına hoparaq yox olmaqdadır. Ondan da geriyə bir miqdarın qalır ki, bu qalan hissənin də tüpürcək vasitəsi ilə mədəyə çatdığı mövzusunda dəqiq məlumat yoxdur. Dəstəmaz alarkən ağızda qalan su ilə müqayisə […]

Sahurdan sonra cünub olmaq

Yuxuda olarkən cünub olmaq insanın ixtiyarı xaricindədir. Bu gecə və ya gündüz yatarkən baş verə bilər. Sahurdan sonra yatan, oyananda cünub olduğunu görən şəxsin orucu pozulmur. Həmin şəxs oruca davam etməlidir.

Qulağa dərman damızdırmaq orucu pozarmı?

Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.

Nə ilə iftar etməli?

“Sizdən biriniz oruclu olanda xurma ilə iftar etsin. Çünki, xurmada bərəkət var. Əgər xurma tapa bilməsə su ilə orucunu açsın. Çünki, su çox təmizləyicidir.”

tesvir secilmeyib
Qüsldan almdan əvvəl yemək-içmək olarmı?

Cünub olan bir şəxs qüsl etmədən əvvəl hər hansı şey yeyib-içmək istəyərsə, dəstəmaz alması məndubdur.

Hansı zamanlarda Oruc tutmaq qadağan edilmişdir?

Allah Elçisi (sallallahu əleyhi və səlləm) bəzi zamanlarda oruc tutmağı qadağan etmişdir.

Səfərdə olarkən oruc tutmaq fərzdir?

Səfərə çıxan şəxslər isətəsələr oruc tutmazlar. Evdən çıxdıqdan sonra yolçu (səfəri) sayılırlar. Ancaq səfərə çıxan şəxslərin oruclu olması fəzilətlidir. Səfərə gedilən yerdə on beş gündən az qalmağa niyyət edən şəxs istəsə oruclarını tutmaz, lakin sonradan tutmadığı orucları qəza edər. Ancaq gedilən yerdə on beş gündən çox qalmağa niyyət edildiyi təqdirdə oruc tutmaq fərzdir.

Başıaçıq qadın oruc tuta bilərmi?

Dinimizdə ibadətlər müəyyən qaydalara uyğun yerinə yetirilir. Bu mənada oruc tutmaq üçün başın bağlı (örtüklü) olması kimi bir şərt yoxdur. Başıaçıq qadın oruc tuta, hər cür ibadətini edə bilər. Bu ibadətlərin savablarını da qazanar. Baş açmağın günahı ayrıdır. Bir ibadəti yerinə yetirməməyin günahı, başqa bir ibadətin savabından məhrum olmağa səbəb deyil. Ancaq namaz əsnasında başın mütləq örtülməsi lazımdır.

tesvir secilmeyib
Namaz qılmayanın oruc tutması

Bəzi kəslər, “Ya, dinimizin bütün əmrlərini edib, bütün qadağanlarından çəkinməli və ya heç birini etməməliyik” söyləyərək, “Ya hamısı, ya da heç biri” deyirlər. Bu düşüncə yanlış və səhvdir. Çünki “Hamısı edilə bilməyən ibadətin müəyyən miqdarı da tərk edilməməlidir” qaydası İslamın ümumi prinsiplərindəndir. İnsan onsuz da günah işləmişəm deyə, günah işləməyə davam etməyi doğru deyil. Həm oruc tutub, həm də günah işləyən kimsə, oruc tutmaqla hasil olan böyük savaba nail ola bilməz.

tesvir secilmeyib
Oruc fidyəsi

Oruc tutmağa gücü çatmayan yaşlılar və sağalma ümidi qalmayan xəstələrin tuta bilmədikləri oruc üçün fidyə verməsi vacibdir və fidyənin miqdarını da hər gün bir kasıbı bir günlük doyuracaq qədərdir. Odur ki, sayılan səbəblərdən oruc tuta bilməyənlər istəsələr ramazan ayının əvvəlində və ya axırında nağd pul və ya ərzaq olaraq da verə bilərlər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər.