Aylıq namaz vaxtları
Vəfat edən körpələrin aqibəti necə olur?

Sual: Vəfat edən körpələr cənnətə gedirsə, onların dünyaya göndərilməyinin hikməti nədir?

2. 692 dəfə oxunub 2 şərh yazılıb
tesvir secilmeyib
Cinlərdə ruh varmı?

Cin, ruh və mələk qanununu ağlı, şüuru, idrakı olmaqla yanaşı, həmçinin izafi və nisbi olmayan həqiqi varlığa sahibdirlər. Bu səbəblə İslam alimlərindən biri Quranın: “De: “Ruh Rəbbimin əmrindədir” (“İsra”, 17/85) ayəsini bu şəkildə izah edir: Ruh canlı, şüurlu, nurani, xarici vücudu (maddi varlığı, qılıfı) olan qanundur. Əgər əşyadakı qanunlara hər şeyi xəlq edən Rəbbimiz xarici vücud (qılıf) geyindirsə, hamısı ruh olar. Əgər ruh bədən libasını və başındakı şüuru çıxarsa, yenə ölməz qanun formasına düşər.

2. 047 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Heyvanlar cənnətə girəcək?

Uca Allahın adlarından biri də Hakimdir. Hakim hikmətlə yaradan, hikmətlə iş görən deməkdir. Bu ad, yaradılan hər şeyin bir hikmətlə yaradıldığını, israf edilməməsini tələb edir. Bundan hərəkətlə heyvanların da yox olub getməyəcəyi, müxtəlif şəkillərdə həyatlarını davam etdirəcəyi qənaətinə gələ bilərik.

4. 494 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qurani-Kərimdə neçə ayə var?

Qurani-Kərimdəki ayə sayının 6666 olduğunu deyə bilərdik. Ancaq Qurandakı hər surədəki ayələri toplayanda fərqli saylar ortaya çıxır. Bəs bu müxtəliflik haradan qaynaqlanır?

21. 066 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quranda ilk və son nazil olan ayələr hansılardır?

Uca Allah tərəfindən Rəsulullaha (sallallahu əleyhi və səlləm) nazil olan ilk Quran ayələri, Ələq surəsinin ilk beş ayəsidir. İlk nazil olan ayələr Ələq surəsinin ilk beş ayəsi, son nazil olan ayə isə Bəqərə surəsinin 281-ci ayəsidir.

4. 708 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qəbir əzabı

“Zalımları, ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”(dediklərini) bircə görəydin.” (Ənam, 6/93)

9. 603 dəfə oxunub 0 şərh yazılıb
Hz. İbrahimin (ə.s) gecə yolçuluğu

Həzrət İbrahimin qövmü ulduzlara sitayiş edirdi. Ancaq O: “Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu, mənim Rəbbimdir!”, – dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, – söylədi.
(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi.

2. 543 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərlər xəta edərmi?

Zəllə sözü lüğətdə ayağı sürşmək, dolaşmaq; səhv etmək, yanılmaq mənalarına gəlir. Termin olaraq isə mükəlləfin bir qəsdi olmadan işlədiyi səhv mənasına işlədilir. Peyğəmbərlər əslində günah işləməzlər. Onlar “İsmət” sifətinə sahibdirlər. Ancaq, istəmədən bəzi qüsurlar işləmələri də mümkündür. Ancaq səhv işləyən peyğəmbər səhvində, xətasında davam etməz. (Qeyd: səhv günah deyildir, çünki günah bilərəkdən, qəsdən edilən xətalara deyilir. Səhvən görülən işlərdə qəsd yoxdur.) Allah onu dərhal xəbərdar edərək səhvini düzəldər və ondan onu uzaqlaşdırar

4. 762 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qurani-Kərimdə cinlər

Bəşər övladı tarix boyu gözlə görünməyən qeyri-adi varlıqların mövcudluğuna inanmışdır. Cinlərin gözlə görünməsi qeyri-mümkün varlıqlar olmasından dolayı qədim dövrlərdə insanlara onlar haqqında doğru-düzgün məlumat əldə etmək müyəssər olmamışdır.

6. 761 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Allah Rəsulu (s.ə.s) qədər haqqında

Peyğəmbərimiz (s.ə.s) qədər mövzusunda mübahisə edən bir neçə səhabəyə: “Sizə bunlar əmr olunub, yoxsa mən sizə bundan ötrü göndərilmişəm? Sizdən əvvəlkilər bu barədə mübahisəyə başladıqları zaman həlak olmuşdular”, – buyuraraq qədər mövzusunda mübahisə edilməsindən narahat olduğunu bildirmişdir.

4. 618 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qədərlə bağlı ayələrə bir baxış

Qurandakı qədər məfhumu təkcə insanla deyil, mikro aləmdəki zərrələrdən tutmuş makro aləmlərə qədər bütün kainatla bağlıdır. Yəni səbəb və nəticə çərçivəsində varlıq səhnəsinə çıxan hər bir məxluq ilahi bir proqram (qədər) içərisində meydana gətirilir. Bunu ayələrdə açıq-aşkar görürük.

1. 670 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qədər də bir elmdir

Qədər Allah-Təalanın elmində əşyaya biçilmiş bir plan və layihədir. Bir şeyi bilmək onu meydana gətirmək demək deyil. Məsələn, beynimizdə bir binanın planını qursaq və ya yüzlərlə zavod tiksək, bunlar sırf beynimizdə planlaşdırdığımıza görə həyata keçməz. Onların ərsəyə gəlməsi üçün iradə və qüdrətə ehtiyac vardır. Əks halda layihəsini çəkdiyimiz bina və ya zavoddan bizdən başqa heç kimin xəbəri olmaz.

1. 141 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qədərlə iradə bir-birinə zidd görünmürmü?

Mahiyyətcə insanın iradəsi ilə ilahi qədər bir-biri ilə ziddiyyət təşkil etmir. Yəni insanın iradəsi ilə qədər çiyin-çiyinə gedir. İndi isə bu fikrə aydınlıq gətirək:

1. 252 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Allahın Rəhman və Ədl isimləri axirəti zəruri edir

Rəhman rəhməti bütün varlıqları əhatə edən deməkdir. Allahın bu isminin nəticəsi olan rəhmət bütün kainatı bürümüşdür. Allah-Təala son dərəcə mərhəmətlidir.

1. 445 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İnsanın əbədi yaşamaq arzusu axirəti isbat edir

İnsanın sonsuzluq arzusu, əbədi yaşamaq istəyi axirətin varlığını isbat edən güclü bir psixoloji dəlildir. İnsan ruhunun əbədi bir həyatı arzu etməsi və ona can atması belə bir həyatın mövcud olmasına böyük dəlildir. Bu psixoloji arzu aqibətin axirət həqiqəti ilə əlaqəsini qüvvətləndirir. Bəşər tarixi bu fitri duyğunun təzahürlərini göstərən nümunələrlə doludur.

4. 472 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Yatıb qalxmaq yenidən yaradılışa bir dəlil deyilmi?

Yenidən dirilişin mümkünlüyü barədə inkarçılar: “Yaxşı, tutalım ki, ölümdən sonra bioloji həyatın yenidən yaranması mümkündür. Bəs yaxşı hislərin və şüurun bədənlə əlaqəsi kəsildikdən sonra insani həyat yenidən necə başlayacaq?” deyərək bunun qeyri-mümkün olduğunu söyləyirlər. Onların bu etirazına cavab olaraq Quran gündəlik təcrübə olan yuxunu xatırladır. Çünki bir-birini əvəz edən yuxu və oyaqlıq halları ölümdən sonra həyatın olacağına gözəl örnəkdir.

2. 300 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Axirət həyatı nə üçün vacibdir?

İnsanın yaradılışında mühüm məqsədlər vardır. Bu yaradılışda Uca Yaradanın bir çox hikmətlər xəlq etdiyini açıq-aşkar görmək mümkündür. Daima dəyişən və hər an yenilənən bir dünyada yaşayırıq. Hər şeyin bir yerə, bir sona doğru getdiyini görürük və bu son yer də axirət həyatıdır. O axirət ki, yaradılış qayəsi və bu istiqamətdə işlənən əməllər əsl mənasını orada tapacaq.

1. 652 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Ölmə və dirilmə hadisəsi axirətin dəlilidir

Quranda ölümdən sonra dirilişin mümkünlüyünü və bunun açıq-aşkar olduğunu göstərmək məqsədi ilə çəkilən ən bariz misal qışda ölü olan yer üzünün bahar mövsümündə yenidən dirildilməsi nümunəsidir. Allahın yer üzündə qoyduğu bu qanun nəticəsində hər şey təkrar-təkrar yenilənməkdədir.

1. 574 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Axirət həyatını isbat edə bilərikmi?

Axirətin isbatının ən böyük dəlili və təminatı Allah-Təalanın bəndələrinə verdiyi vəddir. Quran hər canın öləcəyini, ölümdən qurtuluşun olmadığını, öldürənin Allah olduğunu, axır dönüşün yenə Ona olacağını bir çox ayəsində vurğulayaraq ölümdən sonra dirilişin Allahın vədi olduğunu bildirir.

1. 622 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İmanın məqbul olmasının şərtləri

İmanın məqbul olması üçün bəzi şərtlər vardır:

1. 543 dəfə oxunub 0 şərh yazılıb