tesvir secilmeyib
Qurani-Kərimdə neçə ayə var?

Qurani-Kərimdəki ayə sayının 6666 olduğunu deyə bilərdik. Ancaq Qurandakı hər surədəki ayələri toplayanda fərqli saylar ortaya çıxır. Bəs bu müxtəliflik haradan qaynaqlanır?

10. 657 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quranda ilk və son nazil olan ayələr hansılardır?

Uca Allah tərəfindən Rəsulullaha (sallallahu əleyhi və səlləm) nazil olan ilk Quran ayələri, Ələq surəsinin ilk beş ayəsidir. İlk nazil olan ayələr Ələq surəsinin ilk beş ayəsi, son nazil olan ayə isə Bəqərə surəsinin 281-ci ayəsidir.

2. 825 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İlahi kitablar səadətin mənbəyidir

Kainat kitabını yazan, kainat kitabı ilə insan arasında əlaqə quran və insanı bu böyük kitabın föhristi edən Allahdır. Elə isə kainatın məna və mahiyyətini bilən də Odur. İnsanın meyillərini, daxili dünyasını, cisim və ruhunu yalnız O izah edir. Çünki kainat kainatullah, insan abdullah və bunları açıqlayan Quran da kəlamullahdır.

759 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran nələrdən bəhs edir?

Qurana bütöv şəkildə nəzər saldıqda görürük ki, onun bütün surə və ayələrinə nüfuz edən dörd ana xətt vardır. Quranın digər bəyanları bu dörd qayəni qüvvətləndirməyə xidmət edir.

809 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quranın füsunkar kəlmələri insan sözü ola bilməz

Quranın nazil olduğu dövrdə şeir ən geniş yayılmış ədəbi sənətlərdən biri idi. İnsanlar söhbət edəndə, dava-dalaş salanda az qala şeirlə danışırdı. Hər il şeir müsabiqələri keçirilir və qalib gələn şeirlər qızılla yazılıb Kəbənin divarından asılırdı. Qəbilələr hörmət-izzət sahibi şairlərin sözü ilə müharibə edər və ya sülh bağlayardılar.

1. 022 dəfə oxunub 3 şərh yazılıb
tesvir secilmeyib
Quranın Allah kəlamı olduğunu nə cür sübut edə bilərik?

İnsan və kainat kimin əsəridirsə, Quran da yalnız Onun əsəridir. Çünki Qurani-Kərim həm insanı insana tanıdır, həm də varlıq kitabını təfsir edir. Quran bir tərəfdən insanı bütün zəif cəhətləri və fəzilətləri ilə, digər tərəfdən də kainatı bütün sirr və incəlikləri ilə oxuyur ki, bütün kainata hökm edə bilməyən bir Zatın belə bir söz deməsi mümkün deyil.

2. 248 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Vəhy nədir?

Kəlmə olaraq “vəhy” sözü “pıçıldamaq, işarə etmək, ilham və təlqin etmək, ardıcıl və gizli şəkildə bildirmək” mənalarını verir. İstilah kimi isə “vəhy” Uca Allahın hidayət və buyuruqlarını elçi seçdiyi bəndələrinə birbaşa və ya bir mələyin vasitəsilə gizli şəkildə bildirməsidir

2. 633 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İlahi kitablara iman

Ərəb sözü olan “kitab” “yazmaq, yazılı sənəd” mənalarını bildirir. Cəm şəkli “kütub”dur. Dini terminologiyada isə “kitab” Allahın bəndələrindən nə istədiyini bildirmək və bu mövzuda onlara yol göstərmək üçün peyğəmbərlərinə vəhy etdiyi sözlərə və bunun yazıya köçürülmüş şəklinə deyilir.

979 dəfə oxunub 0 şərh yazılıb
Qurani-Kərim hər yerdə oxuna bilərmi?

Qurani-Kərim oxunan yer mühüm əhəmiyyət kəsb edir. Belə ki, məsciddə oxunan Quran şərəfli yerdə oxunduğu üçün daha savablı olmaqla yanaşı, hamam və tuvalet kimi natəmiz yerlərdə Quran oxumaq isə məkruhdur. Bundan əlavə, qəflət içində Quran oxumanın qəfləti bir az da artırdığı bəzi alimlərimiz tərəfindən vurğulanmışdır. Ona görə də, Qurani-Kərim Rəbb ilə təkbaşına qala bilmək üçün, […]

785 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Ən xeyirli insan

İnsanların üstünlük haqqında meyarları müxtəlifdir. Kiminə görə var-dövlət, kiminə görə, soy-kök, kiminə görə, millət, kiminə görə də vəzifə, mövqe və s. Ancaq Uca Yaradana görə, xeyirli, üstün insan olmaq Quranı öyrənmək və öyrətməklə bağlıdır.

2. 004 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
“Quran oxuyan gözəl ətirli portağal kimidir”.

“Quran oxuyan mömin portağala bənzəyir, dadı da gözəldir, qoxusu da. Quran oxumayan mömin isə xurmaya bənzəyir. Qoxusu yoxdur, ancaq dadlıdır. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və acı Əbucəhl qarpızı kimidir”.

2. 151 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qiyamət günü şəfaət

Ən xırda yaxşılığı belə cavabsız qoymayan Allah-Təala insanın bu dünyada dəyər verib oxuduğu Quranı – onunla məşğul olma və səmimiyyəti səviyyəsində – axirətdə ona şəfaətçi edir. Bunun sayəsində insan, bəlkə də, ən möhtac vaxtında, ən gücsüz və çarəsiz anında qəfl təhlükələri asanlıqla dəf edir.

866 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran oxunan məkanların üstünlüyü

İlahi kəlamın elə böyük təsiri vardır ki, oxunarkən təkcə insanlar deyil, mələklər də təsirlənir və dinləməyə gəlir, həmin məkanı da rəhmət və səkinə ab-havası bürüyür. Bir toplum Qurana layiqincə dəyər verərsə, yüksək məqama və hüzura qovuşar, üstəlik mələklər tərəfindən də qorunar.

1. 957 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran oxumağın faydaları

Quranın insanı yorub usandırmamasının bir hikməti də budur: Quran qəlblərə qida, ağıllara qüvvət və zənginlik, ruha su və işıq, nəfslərə dərman və şəfa olduğuna görə oxuyanı usandırmır. Hər gün çörək yeyirik, ancaq bezmirik. Lakin ən gözəl meyvəni hər gün yesək, bezərik. Deməli, Quran haqq-həqiqət, doğru söz, hidayət və heyrətamiz fəsahət olduğuna görə insanı bezdirib usandırmır. Daima gəncliyini qoruyub saxladığı kimi, təzəliyini və şirinliyini də qoruyur.

3. 078 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Ən dəyərli ev

Quran oxunduğu yerə özü ilə bərabər hüzur, xoşbəxtlik və bərəkət gətirir. Oxuyanlara sevinc bəxş edir. Qəm və dərdlərini dağıdır, ümidsizlik hissini yox edir, qəlbə gümrahlıq və canlılıq gətirir. O, hər cür vəsvəsəni Quran oxuyanlardan və oxunan yerlərdən uzaqlaşıdırır. Onları insi və cinni şeytanlardan hifz edir.

2. 495 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran insanı doğru yola yönəldir

Quran insanları ən doğru yola yönəldir. İstər şəxsi məsələlərdə, istər insanlararası və istərsə də dövlətlərarası münasibətlərdə ən ideal və ən mükəmməl yolu bu Kitab göstərir. Çünki Quran “Alim”[1] və “Xabir”[2] Allahın kəlamıdır. Bəşəri hiss və düşüncə qarışmış hər şeydə bir çatışmazlıq, bir qüsur var. Çünki insanıq. İnsanlığın hər dövrdə yeni axtarışlar aparması buna ən bariz […]

964 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır. O, görünməz və görünən aləmin şərhçisidir. O, dünənin, bu günün və sabahın hadisələrindən xəbər verən, bəşəriyyətin mürəbbisi, insanlığı səadətə aparan həqiqi mürşiddir. Xülasə, bəşəriyyətin hər cür mənəvi və fikri ehtiyaclarını təmin edən bütün kitablar bu müqəddəs bəyanda cəm olunmuşdur.

911 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İlahi kitablar hansılardır?

İlahi kitablar həcmlərinə görə və göndərildiyi qövmün böyüklüyündən asılı olaraq sühuf (səhifələr) və kitablar olmaqla iki qismə ayrılır. Səhifələrlə müqayisədə daha böyük olan, ümumbəşəri bəyanları ehtiva edən və məxsusi adla adlandırılan dörd səmavi kitab var. Bunlar Tövrat, Zəbur, İncil və Qurandır.

5. 076 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran sözünün mənası

“Quran” kəlməsi ən geniş yayılmış və məqbul sayılan fikrə görə, “qaraə” felinin məsdər şəkli olub “oxumaq” deməkdir. “Qiyamə” surəsinin 17-ci və 18-ci ayələrində bu mənadan bəhs edilir. “Quran” sözü “oxunan”, “tilavət edilən” mənalarını da verir. İslamın zühurundan sonra bu kəlmə Allahın kitabının xüsusi adına çevrilmişdir.

10. 558 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran elmlərlə təzad təşkil edə bilər?

Bu günə qədər Quran və elm mövzusunda bir çox tədqiqatlar aparılmış və cildlərlə kitab yazılmışdır. Məsələyə obyektiv yanaşan elm adamlarının hamısı Qurani-Kərimin elmlərdən daim bir addım öndə olduğunu görmüş, heyrət və heyranlıqla “Bu kitab ancaq Allah kəlamı ola bilər” deməkdən özlərini saxlaya bilməmişlər. Təfsilatları

863 dəfə oxunub 0 şərh yazılıb

12