Fitrə vermək kimlərə vacibdir?

İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”

7. 686 dəfə oxunub 0 şərh yazılıb
Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.

3. 358 dəfə oxunub 0 şərh yazılıb
Fitrə nə vaxt verilir?

İbn Ömərin nəql edir: Peyğəmbərimiz (s.ə.s.) fitrəni bayram namazına çıxmamışdan əvvəl verməyi əmr etmişdir.

9. 619 dəfə oxunub 0 şərh yazılıb
Körpələrə fitrə düşürmü?

Sual: Həyat yoldaşım altı aylıq hamilədir. Ramazan ayının sonuna yaxınlaşırıq. Mən körpəmiz üçün fitrə verməliyəm?

Daha dünyaya gəlməmiş körpənin adına fitrə vermək vacib deyildir.

4. 226 dəfə oxunub 0 şərh yazılıb
Fitrə pulla yoxsa mal ilə verilməlidir?

Peyğəmbərimizin (s.a.s.) zamanında fitrə bir qayda olaraq həmin dövrün qida məhsullarından verilmişdir. Bu məsələ, yəni fitrənin o dövrün ərzaq məhsullarından verilməsi sonrakı dövrlərdə istər-istəməz insanların ağlına belə bir sual gətirmişdir: Fitrə illah da arpa, buğda, un, üzüm qurusu, xurma və s. qida məhsullarından, yoxsa hər bir ailə və ya ölkənin istehlak etdiyi əsas qida məhsullarından verilməlidir?

7. 251 dəfə oxunub 0 şərh yazılıb
Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

16. 302 dəfə oxunub 0 şərh yazılıb
Səfərə çıxarkən sədəqə vermək

Səfərə, yolçuluğa, səyahətə çıxanda sədəqə veririk. “Az sədəqə çox bəlanı dəf edər.” deyirlər. Səfərə çıxarkən sədəqə verməni necə başa düşməliyik

552 dəfə oxunub 0 şərh yazılıb
Fitrənin miqdarı

Mötəbər hədis kitablarında fitrənin hansı maldan və nə qədər verilməsi haqda müxtəlif hədislər olsa da, bunlar bir bütövlük təşkil edir.

8. 368 dəfə oxunub 0 şərh yazılıb
Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.

1. 497 dəfə oxunub 0 şərh yazılıb
Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

2. 763 dəfə oxunub 0 şərh yazılıb
Kimlər zəkat verməlidir?

Zəkatın fərz olmasının şərti: həddi-büluğa çatmaq, əqli cəhətdən sağlam və azad olmaq, nisab miqdarında mala malik olmaq.

2. 915 dəfə oxunub 0 şərh yazılıb
Zəkat nədir?

Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir.

6. 847 dəfə oxunub 0 şərh yazılıb
İnfaq nədir?

İnfaq, insanın alın təri ilə qazandığından, ruzi olaraq ona lütf edilən nemətlərdən, sahib olduğu var-dövlətindən Allahın rizasını qazanmaq niyyəti ilə ehtiyac sahibi insanlara  verməsidir.

9. 327 dəfə oxunub 0 şərh yazılıb
İşləyən qadının zəkatı

Əmək fəaliyyəti ilə məşğul olan bir qadının nisab miqdarına çatan özünə məxsus bir malı varsa və bunun üstündən bir il də keçibsə, qırxda birinin zəkatını verməlidir.

2. 669 dəfə oxunub 1 şərh yazılıb
Borcu olan şəxs sədəqə verə bilərmi?

Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu. Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır.

3. 629 dəfə oxunub 0 şərh yazılıb
Kimlər sədəqə verə bilər?

Müsəlman olan hər kəs sədəqə verə bilər. Sədəqənin verilməsi üçün hər hansı bir şərt yoxdur. Sədəqə Allah riazsını qazanmaq məqsədilə edilən yaxşılıqdır. Rəsulullah (s.ə.s) edilən yaxşılığın ömrü uzatdığını bildirmişdir, “Müsibəti ancaq dua geri qaytarar, ömrü də ancaq yaxşılıq uzadar.”

2. 953 dəfə oxunub 0 şərh yazılıb
Sədəqə kimlərə verilməlidir?

(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.

15. 600 dəfə oxunub 0 şərh yazılıb
Sədəqə nədir?

Allah rizası üçün kasıblara verilən şeylər sədəqədir. Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Hansı əməllər sədəqə sayılır?

24. 131 dəfə oxunub 0 şərh yazılıb
Yardımlaşma

Yardımlaşma dinimizin əsaslarından biridir. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir sıxıntısını aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlara kömək eləmə kimi müxtəlif şəkilləri vardır. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar.

8. 680 dəfə oxunub 0 şərh yazılıb
Qadınlar zinət əşyalarından zəkat verməlidir?

Qızıl və ya gümüşdən olan zinət əşyaları, eləcə də qızıl və ya gümüşdən olan tablo, qab-qacaq, qaşıq, çəngəl və s. kimi əşyalar nisab miqdarına çatıb üstündən bir il keçdikdən sonra bunların zəkatını vermək fərz olur.

2. 713 dəfə oxunub 0 şərh yazılıb



  Facebook səhifəmizi bəyənin