Aylıq namaz vaxtları
tesvir secilmeyib
İki bayram arası nikah və toy

Sual:Camaat arasında gəzən bir söhbət var: “İki (orucluq və qurban) bayram arası nikah olmaz”. Bu nə dərəcədə doğrudur? Cavab: İlk növbədə qeyd etmək lazımdır ki, “iki bayram arası nikah qıyıla bilməz və toy olmaz” kimi xalq arasında yayılan inanc tamamilə əsilsizdir. Çünki Hz. Ayişə belə bildirmişdir: “Allahın Rəsulu mənimlə şəvval ayında nikahlandı və toyumuz oldu” […]

745 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Oruc fidyəsi

Oruc tutmağa gücü çatmayan yaşlılar və sağalma ümidi qalmayan xəstələrin tuta bilmədikləri oruc üçün fidyə verməsi vacibdir və fidyənin miqdarını da hər gün bir kasıbı bir günlük doyuracaq qədərdir. Odur ki, sayılan səbəblərdən oruc tuta bilməyənlər istəsələr ramazan ayının əvvəlində və ya axırında nağd pul və ya ərzaq olaraq da verə bilərlər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər.

1. 128 dəfə oxunub 0 şərh yazılıb
Ağır işlərdə işləyənlər oruc tutmalıdır?

Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər.

1. 703 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Oruclu ikən iynə-dərman etdirmək

İlk növbədə qeyd etmək lazımdır ki, əksər alimlərin fikrincə, orucun pozulması üçün insan bədəninə normal yoldan, yəni boğazdan ya da burundan içəri hər hansı bir şey daxil olmalıdır.

4. 105 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Oruclu ikən saqqız çeynəmək

Sual:Oruclu ikən saqqız çeynəmək olarmı? Cavab: Oruclu ikən təzə saqqızı çeynəmək caiz deyil, yəni boğazdan şəkər və dad getdiyi üçün orucu pozur. Xüsusilə, zəmanəmizdə istehsal edilən saqqızlarda ağızda parçalanan maddələr əlavə olunduğu üçün nə qədər diqqətli olunsa da onların boğazdan içəri getməməsi mümkün deyil. Lakin tərkibində hər hansı maddə qatılmayan və çeynəndikdə azalmayan, əvvəlcədən uzun […]

3. 066 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Sahursuz oruc tutmaq

Sual:Əgər bir adam gecə oruca niyyət etsə, lakin səhər səhurə dura bilməsə nə etməlidir? Bu vəziyyətdə adamın səhursuz/obaşdansız oruc tutmağa gücü və taqəti yoxdursa nə etməlidir? Cavab: Bütün islam alimləri həmfikirdir ki, səhurə dura bilməyən və hər hansı ciddi xəstəliyi olmayan bir şəxsin səhurə durmamağı üzr kimi qəbul edilmir, yəni mütləq şəkildə orucunu tutmalıdır. Lakin […]

828 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Yolçu tutduğu orucu poza bilərmi?

Sual:Dinimizə görə səfərdə olanların oruc tutmamalarına icazə verilmişdir. Bəs oruclu olaraq səfərə çıxanların oruclarını pozmaları necə? Cavab: Əvvala qeyd etmək lazımdır ki, orucun fərz olmasının şərtlərindən biri də, müsəlmanın müqim olması, yəni səfərdə olmamasıdır. Lakin ayə də buyurulduğu kimi, səfərdə olanların imkan daxilində gücləri çatarsa, oruc tutmaları daha fəzilərlidir (Bəqərə, 2/184). Bununla yanaşı, əgər bir […]

966 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Kimlər fidyə verə bilər?

Bəqərə surəsi 184-ci ayəsinə əsasən Ramazan ayına qovuşan  hər bir möminə oruc tutmaq fərzdir. Ancaq Ramazan ayında  səfərə çıxan və yaxud hər hansısa bir xəstəliyi olan kimsələr tuta bilmədiyi günlərin sayısına görə daha sonra bu oruclarını qəza etməlidirlər. Ancaq oruc tutmağa hər hansı bir şekildə gücü çatmayanlar, tuta bilmədiyi hər bir gün üçün  fidyə verməlidir. […]

1. 172 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Günah orucu pozarmı?

Sual:Yalan danışmaq, qeybət etmək, haram bir şeyə baxmaq kimi günahlar orucu pozarmı?Peyğəmbərimizdən (s.a.s.) rəvayət olunan bir hədisdə, “Qeybət etmək, insanlar arasında söz daşımaq, yalandan and içmək, məhrəmi olmayana  şəhvətlə baxmaq orucu pozar” buyrulur. Ancaq  İmamı-Azam Əbu Hənifə həzrətləri, bu hədisi belə şərh etmişdir: “Bu günahlar orucun savabını pozar, səhhətini pozmaz, tutulan oruc məkruh olar” buyurmuşlar. […]

3. 804 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Əvvəlcə namaz, yoxsa iftar?

Axşam namazının vaxtı girmişsə, əvvəlcə xurma, su və s. ilə orucu açmaq, sonra da namaz qılmaq daha gözəldir. Yeməyi tələsik yeyib sonra namaz qılmaq da olar. Ancaq iftar süfrəsində bir neçə növ xörək olduğu üçün axşam namazı gecikə bilər. Namazı vaxtı girən kimi qılmaq daha düzgündür. Ona görə də orucu açdıqdan sonra yaxşı olar ki, namaz qılınsın.

6. 941 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Kimlər oruc tutmaya bilər

a.Səfər. İslam dinində insanlar öhdəsindən gələ bilmədiyi mükəlləfiyyətlərə məcbur edilmir. Əmrlər hər kəsin qüvvəsi və imkanı daxilində müəyyən edilmişdir. Səfərdə olan insan müəyyən zaman ərzində sıxıntılarla, məşəqqətlərlə qarşılaşır.Ona görə də səfər zamanı hər bir müsəlman oruc tutmaqda çətinlik cəkə bilər. Bu baxımdan Allah-Təala səfərdə olan insanlara rüsxət vermişdir. Səfərdə oruc tutmaq məcbur deyildir, qayıdandan sonra […]

4. 683 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Oruc hansı hallarda pozulmur

* Unudaraq yeyib-içmək, cinsi münasibətdə olmaq, ümumiyyətlə, unudaraq edilən bu işlər orucu pozmur. Ancaq oruclu olduğunu xatırlayan insan bu işlərdən dərhal tərk etməlidir.Davam edərsə kəffarət orucu tutmalıdır. Əgər görəndə ki zəif, qoca bir insan oruc tutduğunu unudaraq nə isə yeyir və ya içirsə, bunu ona xatırlatmamaq daha yaxşıdır. Ümi edirik ki, Allah-Təala mərhəmət ilə həmin […]

11. 091 dəfə oxunub 2 şərh yazılıb
tesvir secilmeyib
Orucun mərtəbələri

Oruc tutan insan ilk növbədə halal qidadan, cinsi münasibətdən müəyyən müddət uzaq durmaqla iradəsinə hakim olmağı öyrənir. İradəsini hakim olmağı öyrənən mömin eyni zamanda bütün üzvlərini günahlardan, haramlardan qoruyur və nəhayət, qəlbini də pis düşüncə və hislərdən təmizləyərək, ülviləşir, mələklər səviyyəsinə yüksəlir. Maddiyyata bağlılıqdan, ehtiraslardan, həvəslərdən uzaqlaşdıqca ibadətin zirvəsinə qalxır və Allaha yaxınlaşır.

895 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Orucun tibbi faydaları

Belə bir araşdırma Pakistanda çıxan “əl-Muslimun” dərgisində “Orucun insan sağlamlığına müsbət təsiri” başlığı altında nəşr olundu. Araşdırmanı Dakar tibb fakultəsinin iki müəllimi qələmə almış, başqa bir müəllim isə nəzərdən keçirib analiz etmişdir. Həmin araşdımanı olduğu kimi təqdim edirik:

11. 292 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Diş çəkdirmək orucu pozarmı?

Diş çəkdirmək orucu pozmaz. Ancaq diş çəkilərkən vurulan iynə və yara yerindən çıxan qan udularsa oruc pozular. Bu vəziyyətdə sadəcə oruc pozular, Ramazan ayı tamamlandıqdan sonar uyğun bir vaxtda həmin oruc qəza edilməlidir. Kəffarə gərəkmir.

2. 526 dəfə oxunub 0 şərh yazılıb
Burun və qulaq damcısı orucu pozarmı?

Burun içərisə qoyulan qatı haldakı dərman və yaxud krem orucu pozmaz, ancaq maye halında burna tökülen, damcıladılan, fısqırdılan maye halındakı hər hansı bir dərman və s. orucu pozar. Eyni şəkildə qulaq içərisinə damcıladılan maye də orucu pozar. Ancaq Türkiyə Din İşləri Üzrə Ali Komissiyası qulaq və burun damlalarının, astım xəstələrinin istifadə etdikləri spreylərin  orucu pozmadığına […]

2. 365 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Müalicə olunurkən oruc tutulmalıdırmı?

Sual:Mən köklük (obezete) xəstəsiyəm. Müalicə olmaq üzrə bir həkimə müraciət etdim. Qarşıdan da Ramazan ayı gəlir. Lakin tətbiq edəcəyi proqramla Ramazan ayında oruc tuta bilməyəcəyəmi söylədi. Mən normal şərtlərdə orucumu heç buraxmadım. Bu vəziyyətdə mən nə etməliyəm? Cavab:Ramazan ayında oruc, İslam dininin əsaslarından biridir və insanın müsəlmanlığının ən böyük əlamətlərindəndir. Orucun fərziyyəti ayət və hədislərlə sabitdir. Orucun […]

707 dəfə oxunub 0 şərh yazılıb



  Facebook səhifəmizi bəyənin