Aylıq namaz vaxtları
4. 133 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanlar sözlə, dillə anlaşırlar. Gözəl söhbət, şirin bir söz ürək­lərə yol tapar. Cənabi-Haqq Qurani-Kərimdə: “Bəndələrimə de: “Danışdıqları zaman gözəl sözlər söyəsinlər![1] – buyuraraq bizə gözəl üslubda danışmağı əmr etmişdir.

Hər bir müsəlman həmsöhbətinin kimliyindən asılı olmayaraq, ağzından çıxan sözlərə diqqət etməli, qarşısındakını incitmədən fikrini çatdırmalıdır. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) bu hədisi qulağımızda sırğa olmalıdır: “Pis söz bir məclisə girərsə, onu kirlədər, çirkinləşdirər”[2].

Gəlin danışmaq və ya nəsihət ədəbinə maddələr şəklində baxaq:

  1. Sözə salamla başlamalı və əvvəlcə hal-əhval soruşmalıyıq.
  2. Həmsöhbətə uyğun müraciət formalarından istifadə etməliyik (bəy, qardaş, bacı, müəllim, xanım və s.).
  3. Böyüklərə “siz”lə müraciət etməli, “sən”lə danışmamalıyıq.
  4. Səs tounumuz, sözlərimiz sayğı və sevgi ifadə etməli, kimsənin könlünü qırmamalıdır.
  5. Çağıran insanlara ədəblə cavab verməli, “bəli, buyurun” kimi sözlərdən istifadə etməliyik.
  6. Həmsöhbətlə həddən artıq yüksək və ya alçaq səs tonu ilə danışmamalıyıq.
  7. Bir insanı camaat arasında tərifləyərkən və ya tənqid edərkən ifrata varmamalıyıq.
  8. Ehtiyac olmadıqca danışmamalıyıq.
  9. Qeybət etməməli, söz gəzdirməməli, çirkin kəlmələr işlətməməliyik
  10. Bir şey soruşulduqda biliriksə, qısa və dəqiq cavab verməli, bilmiriksə, fərziyyələr uydurmamalıyıq.
  11. Başqalarının da danışmasına imkan verməliyik. İnsanların bizi dinləməsini istəyiriksə, əvvəlcə dinləməyi öyrənməliyik.
  12. Söhbətin faydalı olması və dinləyicilərə təsir etməsi danışan şəxsin öz dediklərinə nə qədər inanmasından, səmimiyyətindən və necə çatdırmasından asılıdır. Çünki bir insanın inanmadığı bir şeyə başqalarını inandırması çətin məsələdir.


[1]“İsra” surəsi, 17/53

[2]Tirmizi, “Birr” 47.



Açar sözləri

danışıq ədəb ünsiyyət

Bənzər məqalələr

Peyğəmbərimizin ailədaxili ünsiyyəti

Əsrlər əvvəl Peyğəmbərimiz (s.a.s.) həm gözəl ailə həyatı, həm də tövsiyələri ilə xoşbəxt ailənin sirlərini göstərmişdir. Rəsulullah (s.a.s.) ailədaxili ünsiyyətdə nələrə diqqət etmişdir?

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.


Şərh yaz

*