- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İman kamilləşə bilir?

İmanın dərəcəsi şəxslərdən asılıdır. Kimisi güclü imanı ilə bir mənada dünyaya meydan oxuyur. Kimisi də imanlı olmasına baxmayaraq, iman əsaslarına nazik iplə bağlıdır. Bu səbəbdən imanı qüvvətli və zəif olması baxımından iki qismə ayıra bilərik:

Təqlidi iman: İnsanın ana-atasının, yetişdiyi mühitin təlqini ilə meydana gələn və bir mənada müsəlman cəmiyyətində böyüyüb boya-başa çatmağın təbii nəticəsi kimi görünən imandır. Bu cür imanın özülü sağlam deyil. Bünövrəsi zəif bina kimi hər an uçub-dağıla, müxtəlif şübhə və vəsvəsələrin təsiri ilə sarsıla bilər.

Təhqiqi iman: İmana aid bütün məsələləri dəlilləri ilə araşdırıb qavramaqdan doğan imandır. Əsl iman da məhz budur. Çünki imanlı bir insan nəyə, nə üçün və nə cür inandığını bilməli, bu inancın şüurunda olmalıdır. Xüsusilə, inancsızlıq rüzgarlarının dörd bir yandan əsdiyi müasir dövrümüzdə möminin təqlidi imanını təhqiqi səviyyəyə çatdırması bir zərurətə çevrilmişdir.