4. 725 dəfə oxunub ,   0 şərh   Çap et

Rəhman və Rəhim Allahın adı ilə!

Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Allahım! Nə olar, sədaqət, xalis niyyət, ixlas, güclü iradə, xuşu, heybət, həya, müraqəbə, nur, yəqin, faydalı elm, mərifət, güclü hafizə bəxş eylə. Günahlardan qoruyacaq dərəcədə ismət, İslamı yaşamaqda eşq-şövq, güc, nəşə, hüzur ver.

Bizlərə uca dərgahında əfvə layiq olmaq, haqq və həqiqəti olduğu kimi dilə gətirib izah etmək və Quranı düzgün anlamaq kimi gözəl xislət və lütflər nəsib elə!.

Sevdiyi bəndələrinə məxsusi iltifat göstərən Rəbbimiz! Bizim də könüllərimizi dumduru sular kimi saflaşdır, müstəsna sevgi və yaxınlığını nəsib elə… eşidən qulağımız, görən gözümüz, danışan dilimiz ol! İdrak edən qəlbimiz, yaxşını pisdən ayıra bilən ağlımız, tutan əlimiz və qolqanadımız, arxa-dayağımız ol! Kökslərimizi lədun elmiylə (daxilə getdikcə dərinləşən) doldur.. bizə də xətasız, qüsursuz işlər görməyi müvəffəq elə.

Alın təri ilə ruzi qazanmağı nəsib et ki, dünyada alnımız açıq, başımız dik, axirətdə də hesabımız asan olsun!

Ya Rəbbi! Tövhid yolunda və şəri çərçivədə yaşayarkən fitrətimizin boşluqlarına, nəfsimizin arzu və istəklərinə ilişib yolda qalmaqdan bizləri qoru. Girəcəyimiz yerə doğruluqla girməyi, çıxacağımız yerdən də yenə doğruluqla çıxmağı müvəffəq eylə. Bizləri dərgahından gələcək açıq-aydın bir dəlil, bir güc-qüvvə ilə ruhlandır!

Ey Həlim, ey hər şeyi bilən Alim, hər şeyi eşidən Səmi, hər şeyi müşahidə edən Basir, istədiyini həyata keçirən Mürid, hər şeyə qüdrəti yetən Qadir, hər zaman Həyy, Qəyyum, Rəhman, Rəhim olan və biz aciz bəndələrinin idrak üfüqünü aşan ucalardan uca Mövlamız! Ərşi-taxtını tutan əzəmətin, hər şeyə hökm edən qüdrətin, hər şeyi əhatə edən rəhmətin, hər şeydən xəbərdar olan elmin, hər bir varlığa boyun əydirən iradə və məşiətin sahibi, hər şeyə hər şeydən daha yaxın olan, eşidən və görən Rəbbim, qapında əl açıb, boyun büküb dualarla yalvarırıq.

Ey mənə məndən daha yaxın olan Rəbbim! Artıq bir şey deməyə üzüm-sözüm qalmadı, cürmü-xətalarım çoxaldıqca çoxaldı, amal və diləklərim yoxuşa dirəndi və sanki üsyan vadilərinin ətrafında dolaşıram.

Ey Rəbbim, Sən başımın üstünü aldıran müsibətləri, içində çırpındığım çarəsizliyi, çaşqınlığımı, bəsirətsizliyimi, ruh düşkünlüyümü və nə hala gəldiyimi görür və bilirsən. Allahım, bütün bunlara rəğmən, mən Sənə, Sənin Əsmai-hüsnana (Allahın gözəl adlarına), sifəti-ülyana (ali sifətlərinə) və Rəsulun Həzrəti Məhəmməd Mustafaya iman etdim. Etdim və bu imanımı ən böyük nemət bildim/bilirəm. O halda Səndən savayı kim mənə mərhəmət göstərə və səadət bəxş edə bilər!? Nə olar Rəbbim, mərhəmət elə, elə ki, doğru yolu tapım və daim o yolda olum. Günahlara və zəlalətə çəkən yolları da bildir və məni o yollardan fərsəx-fərsəx uzaq elə… hər zaman haqq yollara sövq et.. nurunla yolumu aydınlat… hər zaman ağlımdan yerli-yerində istifadə edib ən düzgün qərarlar verməyə və həqiqətləri olduğu kimi dilə gətirməyə müvəffəq elə!

Ey hər şeyin yeganə nurlu qaynağı, xeyir qapılarını açan və kədəri, sıxıntını sovuşduran, hər şeyə gücü yetən Uca Allahım! Nurunla qəlbimi fəth eylə və onu gözəlliklərə aç. Dərgahındakı elmdən mənə də ehsan ver.. müstəsna lütflərinlə idrakımı artır.. Səninlə eşidib Səninlə görmək bəxtiyarlığına qovuşdur… qüdrətinin təcəlliləri ilə mənə güc ver.. həyat ruhundan bizə can üfür. Arzu, istəklərimizi Sənin məşiət və diləyinə tabe qıl!. Amin!.

Allahım! Peyğəmbərimiz həzrət Məhəmmədə onun pak Əhli Beytinə, əshabına, onun yolunda davam edən salehlərə salət və salam olsun.

Həmd olsun aləmlərin rəbbi Allaha.

Bu dua mətni İmam Şazəli həzrətlərinin “Hizbül-Həmd” adlı bir hissə

 



Açar sözləri

dua İmam Şazəli

Bənzər məqalələr

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!


Şərh yaz