9. 114 dəfə oxunub ,   0 şərh   Çap et

annebaba1Əfsuslar olsun ki, əksər dəyər ölçüsünün unudulduğu, ailə və cəmiyyət əsaslarının yerlə-yeksan olduğu belə bir dövrdə bu ümumi aşınma ana-ata hüququndan da yan keçməmişdir.

Dövrümüzün ərköyün nəsilləri ən hörmətə layiq iki müqəddəs varlığı (ana-ata) yük kimi görməyə başlamışdır. Əslində, yük olan onlar deyil, dünyaya gələndən bəri ana-atanın çiyinində gəzən və onların qucağında böyüyən övladlardır, ancaq ana-ata o dərin şəfqəti ilə onları yük kimi deyil, müqəddəs bir əmanət kimi görür. Övladların ana-atanın bir ömür boyu etdiyi fədakarlıqlara müqabil onlara sevgi və hörmət göstərməsi həm insanlıq borcu, həm də bir vəzifə idi. Hər bir insan valideynlərin qədrini bilməli və onları, Allahın mərhəmətinə nail olmaqda vəsilə saymalı idi. Təəssüf ki, təkcə Allaha hörmətsizlik edənlərin içindən deyil, Onu sevdiyini iddia edənlərin arasından da ana-ataya soyuq münasibət bəsləyən, onların sağ olmasından bezən və daim hörmətsizlik edən insanlığını itirmiş canavanlar törədi.

Qocalar evi, yoxsa hicran yurdu?

Acınacaqlı haldır ki, artıq ana-ataların ömrü tənhalıq və kimsəsizlik içində keçir. Bir az yaşa dolan kimi, əldən-ayaqdan düşən kimi qocalar evinə düşürlər. Onlar keçmişdə “darül-acəzə”, -indi bir az mədəniləşdirilib- “hüzur evi” və ya “qocalar evi” adlandırılan bu hicran yurdunda təsəlli tapmağa, ildə bir gün gətirilən çiçəklərlə iztirabları unutmağa çalışırlar.

Halbuki insan övladlarını bağrına basmasa, nəvələrini qucağına almasa, əzab-əziyyətlə böyütdüyü ciyərparəsini oxşamasa ,”Balalarım!..” deməsə, necə hüzur tapar!.. Sevgi və hörmətlə baxan gözlər olmasa, ocağına qazan asılmasa və vaxtlı-vaxtında hal-əhval tutanı olmasa, insan necə xoşbəxt olar!.. Biz “hüzur”un xəyalını qurmuşuq, o talesizlər məkanına “hüzur evi” deməklə sakinlərinin hüzur tapacağını sanmışıq. Allaha şükür ki, bu müəssisələr və oradakı bəzi səmimi insanlar var, yaşlılarımızı küçənin ümidinə qoymurlar. Özləri kimi möhtacların yanına atılsalar belə, heç olmasa, rahat yataq və isti yeməklə təmin edilirlər. Evladları və yaxınları da bu mənzərəyə baxıb, onları bu “hüzuru” duymağa məcbur edir, “Daha bundan artıq nə lazımdır, yeyib-içib-yatırlar!” deyib üstəlik minnət də qoyurlar.

Halbuki, insan heyvan kimi yeyib-içib yatan və bununla xoşbət olan bir canlı deyil. İnsan ətrafla münasibətdə olan, fitrən təbiəti sevən, övlad və nəvələri ilə, hətta kötükcəsi ilə bağlılığı olan və ancaq bu təbii bağlılıq və münasibətlə hüzur tapan bir varlıqdır. Məclisdən-məclisə, bayramdan-bayrama tanış-biliş bizi də alış-verişdə görsün deyə bazara çıxan insanlar kimi, müəyyən vaxtlarda nümayiş xatirinə göstərilən qayğı və süni hərəkətlər insana xoşbəxtlik gətirməz. İldə bir uzadılan bir dəstə çiçək yalnız onun həsrətini alovlandırar, hicranını səngitməz. O, qayğıya, sevgiyə və səmimi təbəssümə möhtacdır, təkcə yemək, içmək və isti döşək mənəvi ehtiyacını təmin etməz.

Quran üslubu və valideyn

Quran və sünnə tərğib və tərhiblərlə ana-ata hüququnu təkidlə vurğulamış, onların haqqına riayət etməyə səsləmiş və onlara zülm etməkdən çəkindirmişdir. Çünki insan təbiətində kiməsə qayğı göstərmə və kiminsə ehtiyacını təmin etmə hissi məhduddur, insan fitrətində “ömrü ana-ataya həsr etmə” duyğusu yoxdur. Hər insan ana-atasına az-çox qayğı göstərir, valideyn isə fitrətindəki şəfqət sayəsində övlad üçün canını verməyə adi bir iş kimi baxır. Övladın ana-ataya qayğı göstərməsi bir az iradəni məcbur etməsindən asılıdır. Halbuki övlad ana-atanın razılığını əldə etməyə çalışsa, valideyn razılığını Allahın rizasına vəsilə bilib onlara yaxşı baxsa, sözündən çıxmasa və onları incitməsə, hətta bir çiçək kimi solub büzüşər deyə ehtiyatla toxunsa…ki, ana-ata bütün bu gözəlliklərə haqqı çatır. Buna görə də Quran və sünnə iradədən asılı olan belə mühüm məsələni israrla vurğulayır, barəsində təkidlə tərğib və tərhiblərdən istifadə edir.

Dinimizdə valideyn hüququ çox ucadır. Belə ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) “Heç bir əməl cihaddan üstün deyildir” deməsinə baxmayaraq, hüzuruna gəlib cihada getmək istəyən bir çox səhabəyə “Get, ana-atana xidmət elə. Sənin cihadın onların yanındadır. Yapış ananın ayaqlarına, Cənnət adadır” buyurmuşdur.

Hədis kitablarında Peyğəmbərimizin yanına beyət üçün gələn bir nəfərdən bəhs olunur. Əshabi-kiramın qızıl halqasına qoşulma şərəfinə nail olan bu səhabə o ən müqəddəs əlləri ovucuna alaraq “Sənə beyət üçün tələsdim, amma anam-atamı gözü yaşlı qoydum” deyir. Şəfqət Peyğəmbəri (sallallahu əleyhi və səlləm) dərhal əllərini çəkib: “Qayıt ana-atanın yanına, necə ağlatdınsa, elə də güldür onları” deyir.

 “Dinə xidmət” bəhanə ola bilməz!..

Təməl əsaslar aspektindən baxsaq, ana-atanın hüququna riayət məsələsində heç bir bəhanə məqbul sayılmaz. Hər bir insan bu vəzifəni nöqsansız yerinə yetirmək məcburiyyətindədir.

Bu iş hamı kimi Allah üçün xidmət edənlərə də aiddir. Əmri-bilməruf nəhyi-anilmünkər və dinə xidmət qayəsi bizi bəzi yerlərə getməyə vadar edə bilər, ömrümüz ailədən, vətəndən uzaqlarda keçə bilər. Lakin nə ictimai şərait, nə də uzaqlıq sileyi-rəhm etməmək və valideynə qayğı göstərməmək üçün bəhanə deyil. “İnsanlıq üçün çalışıram, onların haqqına riayət etməsəm də olar” düşüncəsi sadə bir aldanışdan başqa bir şey deyil. Üstəlik ana-ataya başqa övlad və ya qohum baxır deyə yerdə qalan övladların məsuliyyəti azalmır, olduğu kimi qalır.

Allahı insanlar anlatmaq və hicrət düşüncəsi çox mühüm olsa da, ana-ataya qarşı laqeydliyə səbəb olmamalıdır. Əngin şəfqətlə insanlığın səadəti üçün diyar-diyar gəzib-dolanan sevgi ərənləri ana-atalarını, ailə və qohumlarını da unutmamalıdırlar. Əksinə, hər iki işin öhdəsindən gəlmək üçün şərait və zəmin hazırlamalağa çalışmalıdırlar.

Kaş hər çətinliyə qatlanıb ana-atanızı yanınıza gətirəsək. Əgər buna da imkanınız yoxdursa, heç olmasa vaxt ayırıb onlara baş çəkəsək, əllərindən öpüb könüllərini alasaq, bir neçə gün yanlarında qalıb hal-əhval tutasaq, bəzi işlərini görəsək, ehtiyaclarını təmin edəsək. Onlara dəyər verəsək, hörmət göstərəsək, təcrübə və biliklərindən istifadə edə bilərik. İmkan tapıb onları hərdənbir, qısa müddətlik də olsa, evinizə dəvət edə bilər, işlədiyimiz yerlə, yoldaşlarınızla və həyat tərzimizlə tanış edib onlara yolun doğruluğuna inandıra bilərik.

Bunların heç birini bacarmırıqsa -halbuki bunlar qeyri-adi şeylər deyil və onlar üçün nə etsək dəyər.Müasir imkanlardan istifadə edib tez-tez zəng edə bilər, hətta görüntü ötürən telefonlarla və ya internet vasitəsilə görüşə bilərik. Biz onların gözəl üzünü görərik, doyarıq, onlar da bizi seyr edərlər, həsrətlərini səngidələr… istər yanımızda qalsınlar, istər qonaq kimi gəlsinlər, istər də bizimlə telefon və internet vasitəsilə görüşsünlər, bütün bunları görülən işlərin böyüklüyünü anlatmaq üçün fürsət bilib dəyərləndirəbilərik. Məfkurəsiz və məqsədsiz, boş yerə çalışmadığınıza inandırarsaq, gördüyümüz işin mahiyyətini, keyfiyyətini izah edib buna vəsilə olduqları üçün onlara da savab yazılacağına, burada çəkilən həsrət və hicranın müqabilində axirətdə əbədi vüsala qovuşacaqlarına inandırıb sevindirə bilərik.

***



Açar sözləri

ana ata müqəddəs varlıq

Bənzər məqalələr

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Kimlərlə evlənmək olmaz?

İslam dininə görə, ailə qurmaq insanın əsas haqlarından biridir. Dinimiz evliliyə təşviq etmişdir. Ancaq dinimizə görə, müəyyən şəxslərlə evlənmək haramdır.

Cünub olan ana körpəsini əmizdirə bilərmi?

Cünub olan ana südəmər körpəsini əmizdirə bilərmi? Cünub olan ana südəmər körpəsinə süd əmizdirə bilər. Ancaq yaxşı olar ki, ana uşağa döş vermədən əvvəl döş gilələrini su ilə yusun.

Övladın vəzifəsi

nasının üzünə ağ olan bir gənc əvvəlcə onu döyüb incidir. Bununla ürəyi soyumayıb onu bıçaqla doğrayır. Bu vaxt bıçaq əlini kəsir və qeyri-ixtiyari: “ay ana!” – deyir. Onun bu fəryadını eşidən ananın ürəyi də “can bala!”: – deyib oğlunun barmağına sarılır. Ata-analar həmişə belədir. Uşaqlarını döyüb incitsələr də, bərk-bərk danlasalar da, dillərindən ancaq “can bala!” kəlməsi yüksəlir.

İşinizdə rəhbər ola bilərsiniz, evinizdə necə?

”Həyat bir tamaşadır. Biz də onun aktyorları”… Həyatı teatr səhnəsinə bənzədən V. Şekspirın bu sözləri nə qədər də həqiqətə uyğundur. Üstəlik, həyatda hər insanın çox rolları var. Bəziləri həyatda həm həyat yoldaşı, həm ata, həm də bir idarə müdiridirlər. Təbii ki, məkandan asılı olaraq hadisələri də bu rollara uyğun oynamalıdırlar. Bu rolların necə alınması isə hər şeydən əvvəl o şəxsin fərdi keyfiyyətlərindən asılıdır.


Şərh yaz