Aylıq namaz vaxtları
744 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Camaat arasında gəzən bir söhbət var: “İki (orucluq və qurban) bayram arası nikah olmaz”. Bu nə dərəcədə doğrudur?

Cavab: İlk növbədə qeyd etmək lazımdır ki, “iki bayram arası nikah qıyıla bilməz və toy olmaz” kimi xalq arasında yayılan inanc tamamilə əsilsizdir. Çünki Hz. Ayişə belə bildirmişdir: “Allahın Rəsulu mənimlə şəvval ayında nikahlandı və toyumuz oldu” (Müslim, 4/142). Odur ki, bu anlayış həm əqlə, həm də sünnəyə ziddir. Çünki islama görə, zamanların fəzilət baxımından üstünü olsa da, uğursuzluq sayılan heç bir vaxt və zaman kəsiyi yoxdur. Bundan başqa, bu etiqadın əsli tarixi mənbələrə görə, cahiliyyə dövründəki inancdan irəli gəlir. Belə ki, cahiliyyə ərəbləri ramazan ayından sonra gələn şəvval ayında heç vaxt toy etmirdilər. Çünki o dövrdə şəvval ayında vəba xəstəliyi çıxmış və bunun nəticəsində də çoxlu sayda insan tələf olmuşdu. Məhz bu səbəbdən bundan sonra həmin ay xalq arasında uğursuz, nəsh ay kimi yaddaşlara həkk olunmuşdu.

 Dr. Anar Qurbanov




Şərh yaz

*