2. 140 dəfə oxunub ,   0 şərh   Çap et

اَلْإِحْسَانُ أَنْ تَعْبُدَ اللّٰهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ

İhsan Allaha Onu görürmüş kimi qulluq etməkdir. Sən Onu görməsən də, O, səni görür...”[1]

İmanın İslamla bütünləşməsi, İslamın ihsan anlayışı ilə yaşanması kamil möminlərin şüarıdır. Möminin imanda ən uca səviyyəyə yüksəlməsi və bu son məqamın tələbini layiqincə yerinə yetirməsi bir ihsandır; “Xeyirdən xeyir doğar” əsasına görə Allah-Təalanın bu səmimi yönəlişə əzəmətinə yaraşan cavabı verməsi isə “Gözün görmədiyi, qulağın eşitmədiyi və bəşərin qəlbinə xatırladılmamış”[2] mükafatlar fəslindan bambaşqa bir ihsandır. “İhsana da ihsanla cavab verilər” [3].

Amma qulun ihsanı iman səviyyəsinə uyğun ixlas, ədəb, ehtiram və xaşyət[4] şəklində, Allahın ihsanı isə öz əzəmət və sərvəti səviyyəsində və qulunun könlünü inancla bəzəyib ilhamlarla coşdurmaq, gözündən pərdəni qaldırıb varlığın həqiqətinə vaqif etmək, dilini lüzumsuz şeylərdən qoruyub hikmət vermək, hislərini oyadıb təcəlli yamaclarında gəzdirmək şəklində…

Varlığın gizli, qeybi hikmətlərinin göründüyü məqama çatan mömin Onun “kəmiyyət və keyfiyyətdən xali” zatını görər. Bununla belə O (insan): “Gözlər Onu (görüb) dərk edə bilməz”[5]  həqiqətinə malik Allahın onu görüb bilməsinə inamla, Onu görməyin zövqü və Onun tərəfindən görülməyin məhabəti ilə bihuş olar, itaət, ixlas, xüdu və xüşu boyaları ilə “rüyəti-tammeyi-acilə”[6]  üçün “rüyəti-naqiseyi-acilə”dən[7] – bir oruclunun oruclu saatlarda iftar dəqiqələrinin həzzini ruhunda hiss etdiyi kimi – dünya savmi-visalinin[8] “əyyami-madudə”sində[9] Dosta qovuşma anlarının dərin həzlərini duyar və bir “həyat” içində min “həyat”ın zövqünü birdən hiss edər.

Bəli, qul o əzəli və əbədi Sultanını görmək, görməyin zövqünü duymaq qədər görülüb bilinməkdən də, yəni Rəbbə qulluqda Rəbb tərəfindən müşahidə olunmaqdan da dərin həzzi duyar və o yolda ən kiçik işi belə əngin bir ibadət nəşəsi ilə edər.

 [1]Buxari, İman 37; Müslim, İman  1-7.

[2]Buxari, Tövhid 35; Müslim, Cənnət 2-5.

[3]Rəhman surəsi, 55/60.

[4]Allaha ümidlə qarışıq qorxu

[5]Ənam surəsi, 6/103.

[6]Allahı demək olar ki, tam, mükəmməl görmək

[7]Allahı tam görməmək

[8]İki gün iftar etmədən oruc tutmaq, oruca qovuşmaq

[9]Müəyyən günlər, Quranda, xüsusilə, ramazan ayı və Qurban bayramında təşrik təkbirləri deyilən günləri bildirən təbir



Açar sözləri

ibadət ihsan

Bənzər məqalələr

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?

Ümrədən qazancla dönmək

Ümrə ziyarətində hansı ibadətləri etmək lazımdır?


Şərh yaz