Aylıq namaz vaxtları
4. 736 dəfə oxunub ,   0 şərh   Çap et

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s) sünnəsidir. Hədisdə bildirilir ki, iftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.[1]  Peyğəmbərimizin (s.ə.s) oruc açarkən bu duaları oxuduğu nəql olunmuşdur:

اَللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ اَفْطَرْتُ

(Allahummə ləkə sumtu va alə rizqikə əftərtu)

“Allahım! Sənin rizan üçün oruc tutdum. Sənin verdiyin ruzi ilə orucumu açdım” .[2]

اَللّٰهُمَّ لَكَ صُمْتُ وَعَلَى رِزْقِكَ أَفْطَرْتُ فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

(Allahummə ləkə sumtu, və alə rizqukə əftərtu fə təqabbəl minni innəkə əntəs-səmiul-alim)

“Allahım! Sənin rizan üçün oruc tutduq və ruzinlə iftar açdıq. (Orucumuzu) qəbul et. Sözsüz ki, Sən hər şeyi eşidən və bilənsən”.[3]  

 اَلْحَمْدُ لِلَّهِ الَّذِي أَعَانَنِي فَصُمْتُ وَ رَزَقَنِي فَأَفْطَرْتُ

(Əlhəmdu lilləhil-ləzi əanəni fə sumtu və rəzaqani fə əftərtu)

Allaha həmd olsun ki, Onun yardımı ilə oruc tutur, verdiyi ruzi ilə iftar açıram”.[4]

اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ الَّتِي وَسِعَتْ كُلَّ شَيْءٍ أَنْ تَغْفِرَ لِي ذُنُوبِي

(Allahummə, inni əsəlukə birahmətikə əlləti vəsi’tə kulli şəyin, ən təğfirə li zənbi)

“Allahım, hər şeyi əhatə edən rəhmətinlə Səndən günahlarımı bağışlamağını istəyirəm.”[5]

اَللَّهُمَّ لَكَ صُمْتُ وَ بِكَ آمَنْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ لِصَوْمِ غَدٍ نَوَيْتُ فَاغْفِرْلِي مَا قَدَّمْتُ وَ مَا اَخَّرْتُ

(Allahummə ləkə sumtu va bikə əməntu va aleykə təvəkkəltu va alə rizqikə əftərtu va li savmi ğadin nəvəytu fəğfirli mə qaddəmtu va mə əxxərtu)

“Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla”.[6]

 ذَهَبَ الظّمَأُ وَابْتَلَّتِ الْعُرُوقُ  وَ ثَبَتَ الاَجْرُ إنْ شَاءَ اللهُ تَعَالَى

(Zəhəbəz-zamə vəb təllətil-uruqu və səbətəl əcru inşəallahu təalə)

“Susuzluq getdi, damar islandı və inşallah, mükafat gerçəkləşdi.”[7] 

İftar verən ev sahibinə edilən dua

Həzrət Ənəs nəql edir: “Rəsulullah (s.a.s.) bir gün Sad ibni Übadənin yanına gəldi. Übadə çörək və zeytun gətirdi. Allah Rəsulu yedi və sonra belə buyurdu:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْاَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ

(Əftara indəkum əssaimunə və əkələ taaməkumul-əbraruvə sallət aleykumul-mələikətu)

“Süfrənizdə oruc tutanlar iftar etsin, yeməyinizi yaxşı insanlar yesin və mələklər sizə dua etsin.”[8]


[1] Tirmizi, Daavat, 129,; İbn Macə, Siyam, 48
[2] Əbu Davud, Savm 22. Daraqutni, Sünən, 2/185; Beyhaqi, Əs-Sünənul-Kübra,, 4/399.
[3] Daraqutni, Sünən 2/185
[4] Beyhaqi, Şuabül-iman, 3/406
[5] Əbu Davud, Siyam, 22
[6] Əbu Davud, 22
[7] Əbu Davud, Sıyam 22.
[8] Əbu Davud, 3/367, Nəsai, əs-Sünənül-kübra, 6/81


Açar sözləri

dua iftar Ramazan

Bənzər məqalələr

Maşından dua asmaq olar?

Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar, dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

bayram-namazi
Bayram namazı necə qılınır?

Rəsulullah (s.ə.s) Mədinəyə gəldikdə mədinəlilərin bayram etdiyi iki gün var idi. Hz. Peyğəmbər bu iki günün xüsusiyyətini soruşduqda əshabi-kiram: “Cahiliyyə dövründə biz bu iki gündə bayram edərdik” dedi. Bunu eşidən Allahın Elçisi belə buyurdu: “Alah o iki günün yerinə sizə bundan daha xeyirlisini vermişdir. Biri Qurban bayramı, biri də Ramazan bayramıdır.”[1]

Ərəfə günü və zilhiccə orucunun fəziləti

Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.

Zilhiccə ayında oruc tutmaq

Zilhiccə ayının ilk doqquz günü oruc tutmaq tövsiyə edilmişdir. Ancaq həcdə olanlara yorğunluq verə biləcəyi üçün onların ərəfə günü oruc tutmaları məkruh sayılır.


Şərh yaz


(gərəkli)