- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Heyzli günlərdə dişə plomb qoymaq

Sual: Qadınların heyzli günlərdə dişlərinə dolğu (plomb) qoydurandan sonra qüsl ala bilərmi?
Bəli. Hənəfi məzhəbinə görə, qüsldə ağzın içini yumaq (mazmaza) fərzdir. Lakin burada  yuyulması vacib olan “ağzın içi”dir. Yəni məhz ağızın içini yumaq fərzdir, dişin içini yox. Plomblu (diş oyuqlarının içinə doldurulan və bərkiyən xüsusi maddə) və ya qapaq qoyulan bir dişin xarici səthinə suyun təmas etməsi qüsl üçün fərzdir.

Nəticə etibarilə deyə bilərik ki, heyzli günlərdə qadınlar dişlərinə plobm qoydura bilər. Qüsldə əsl olan ağız içərisində, dişin səthinin yuyulmasıdır. Qüsl alarkən ağza su alıb çalxalamaq fərzin yerinə yetrilməsi üçün kifayətdir.