Aylıq namaz vaxtları
4. 371 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Qadınların heyzli günlərdə dişlərinə dolğu (plomb) qoydurandan sonra qüsl ala bilərmi?
Bəli. Hənəfi məzhəbinə görə, qüsldə ağzın içini yumaq (mazmaza) fərzdir. Lakin burada  yuyulması vacib olan “ağzın içi”dir. Yəni məhz ağızın içini yumaq fərzdir, dişin içini yox. Plomblu (diş oyuqlarının içinə doldurulan və bərkiyən xüsusi maddə) və ya qapaq qoyulan bir dişin xarici səthinə suyun təmas etməsi qüsl üçün fərzdir.

Nəticə etibarilə deyə bilərik ki, heyzli günlərdə qadınlar dişlərinə plobm qoydura bilər. Qüsldə əsl olan ağız içərisində, dişin səthinin yuyulmasıdır. Qüsl alarkən ağza su alıb çalxalamaq fərzin yerinə yetrilməsi üçün kifayətdir.



Açar sözləri

diş heyz plobm qüsl

Bənzər məqalələr

Diş fırçalamaq orucu pozur?

Diş fırçalamaq orucu pozmur. Ancaq diş fırçalayarkən diş pastası, misvaq parçaları və ya su udularsa, oruc pozulur. Orucun pozulma ehtimalını nəzərə alaraq dişləri imsakdan əvvəl və iftardan sonra fırçalamaq məsləhətdir.

Diş qanaması orucu pozur?

Dişlərin arasından çıxan qan, tüpürcəyin rəngini dəyişmədiyi təqdirdə udularsa bu, oruca zərər vermir. Ancaq qan tüpürcəkdən çox olar və udularsa oruc pozulur.

Dişə plomb qoymaq orucu pozur?

Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.

Dənizdə çimmək orucu pozurmu?

Dəniz, göl və ya çayda çimmək orucu pozmur. Lakin belə yerlərdə istəmədən də olsa ağız və burundan su girsə yəni su udulsa oruc pozulur.

Sahurdan sonra cünub olmaq

Yuxuda olarkən cünub olmaq insanın ixtiyarı xaricindədir. Bu gecə və ya gündüz yatarkən baş verə bilər. Sahurdan sonra yatan, oyananda cünub olduğunu görən şəxsin orucu pozulmur. Həmin şəxs oruca davam etməlidir.


Şərh yaz

*