- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

“Hə” əvəzliyinin oxunuş qaydası

“Hə” ( ه ) zəmiri və oxunuşu

Bu babın mövzusunu meydana gətirən və Qurani-Kərimin yazı tərzindəki yu­varlaq  ه dir. Bu  eyni zamanda “ـه” yarım yuvarlaq şəklində və ya  quyruqlu şəklində  də “هـ” yazıla bilər. Buna həi-kinayə deyilir. Həi-kinayə müfrəd, müzəkkər, ğaib zəmirinə verilən isimdir. İsim, fel və hərflərə bitişir.

Zəmirin hökmünü iki maddədə toplaya bilərik:

1.  Zəmirin əvvəli hərəkəli olarsa zəmir uzadılır:    بِهِ – لَهُ  – إِنَّهُ kimi. Ancaq مَا نَفْقَهُ  –   فَوَاكِهَ   ,  لَمْ يَنْتَهِkəlmələrinin sonlarındakı  هـ zəmir olmayıb kəlmənin əsl hərflərindən biri olduğu üçün uzadılmaz. Uzadılan zəmirin önünə həmzə gələrsə məddi-münfəsil olur. مِنْ عِلْمِهِ إِلاَّ – عِنْدَهُ إِلاَّ kimi. Çünki uzadılan zəmirin əsrəlisinin önündə müqəddər (görünməyən, gizli) (ى), ötrəlisinin önündə müqəddər (و), vardır ki, bu müqəddər (ى) və (و) dan sonra həmzə gəldiyi üçün məddi-münfəsil olur.

2. Zəmirin əvvəli (istər cəzimli, istər cəzimsiz) sakin olarsa zəmir uzadılmaz. Bu sakin iki  cür görünür:

a) Hərfi-məd olaraq. فِيهِ – إيَّاهُ kimi

b) Cəzimli hərf olaraq. إِلَيْهِ    –    مِنْهُ    –    عَنْهُ kimi.

Furqan surəsinin 69-cu ayəsindəki (فِيهِ مُهَانًا) dəki zəmir məd olunur.[1]

Qiraət imamlarının ikincisi olan İbn Kəsir bütün uzadılmayan zəmirləri sıla ilə oxuyur (yəni uzadır).      (- مِنْهُ – عَنْهُ إِلَيْهِ ) kimi.

Zümər surəsinin 7-ci ayəsində olan (يَرْضَهُ) dakı (هـ) zəmirdir. Əsli (يَرْضَاهُ) olduğuna görə, əslinə uyularaq uzadılmaz.[2]

 



[1] Bu zəmirin məd ilə oxunması, bu rəvayətin təvatür yoluyla sübutundan dolayıdır. Hər nə qədər burada “boğaz hərfi olan əsrəli (هـ) -dən dodaq hərfi olan ötrəli (م)-ə keçmək çətin olacağından bu məd edilmişdir” şəklində bir açıqlama edilsə də bu sonradan edilən bir izahdır.

[2] Bu ayədəki vəchə hərəkənin azını (üçdə birini) həzf edib, çoxunu ibqa etmək mənasında ixtiləs də deyilir.

Sənan Quliyev & Laçın Quliyev