- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Hər gün tutulan oruc dahamı savabdır?

İslam, hər kəsin yaşaya biləcəyi qədər asan bir dindir. Onda heç bir zaman insanların öhdəsindən gələ bilməyəcəkləri bir hökm yoxdur. İslamda hər şey etidallı bir şəkildə olub, ifrat və təfrit yoxdur. Bir insanın hər gün oruc tutması bəzi mənfi nəticələrə yol aça bilər. Bədənini zəiflədəcəyi üçün bədənlə edilən digər ibadətləri axsada bilər, cəmiyyətlə tam olaraq birləşə bilməz, bəlkə tək başına həyatını davam etmə məcburiyyətində qala bilər. Və yaxud da hər gün oruc tuta tuta aclıq onda vərdiş halına gələr, bu səbəbdən orucdan əldə ediləcək bir çox fayda itirilmiş olar. Bu səbəblədir ki, Allah Elçisi (əleyhissalətu vəssələm) insanların