- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Günah orucu pozarmı?

Sual:Yalan danışmaq, qeybət etmək, haram bir şeyə baxmaq kimi günahlar orucu pozarmı?Peyğəmbərimizdən (s.a.s.) rəvayət olunan bir hədisdə, “Qeybət etmək, insanlar arasında söz daşımaq, yalandan and içmək, məhrəmi olmayana  şəhvətlə baxmaq orucu pozar” buyrulur. Ancaq  İmamı-Azam Əbu Hənifə həzrətləri, bu hədisi belə şərh etmişdir: “Bu günahlar orucun savabını pozar, səhhətini pozmaz, tutulan oruc məkruh olar” buyurmuşlar. Yəni bu günahları işləyən kimsə, oruc tutmaq  borcundan qurtular yəni tuttuğu oruc oruc kimi sayılar,ancaq oruca aid olan böyük savabı qaçırar. Unutmamaq gərəklidir ki, Peyğəmbər Əfəndimiz (s.a.s.) bir hədisdə də belə demişdir: “Necə oruc tutanlar vardır ki, onlar oruclarından aclıq və susuzluqdan başqa bir şey əldə etməzlər.”

Oruc, möminlər üçün bir nemət və əmanətdir. Əmanətə riayət etmək lazımdır. Onun məhv olmaması üçün şərtlərinə və ədəblərinə diqqət etmək lazımdır. Harama baxmaqdan çəkinmək möminin hər zaman diqqət göstərməsi lazım olan bir xüsusdur. Çünki Peyğəmbərimiz (s.a.s.) bir hədisdə belə buyurar: “Harama baxmaq, şeytanın zəhərli bir oxudur. Allahdan qorxub bunu tərk edənə, Allah Təala elə bir iman verər ki, onun ləzzətiniqəlbində hiss edər.”(Hakim, Müstədrək 349/4)

Eyni zamanda oruc tutan kimsə, dilini də qeybət, böhtan və yalandan qorumalıdır!  Başqa bir hədisdə də “Oruc, cəhənnəm atəşinə qalxandır. Qeybətlə onu parçalamadıqca sahibini qoruyar. Oruclu cahillik edib də pis söz söyləməsin! Biri ona sataşsa, “Mən orucluyam.” desin!”  (Buxari, Savm 9) buyuraraq bu xüsusa işarə etmişdir. Daışmaq orucu pozmaz , baxır nə danışırıq. Lakin nəfslə cihad (ən böyük cihad insanın öz nəfsi ilə apardığı mübarizədir, yəni onu günah işləməkdən qorumağa çalışmaqdır ) üçün susmaq, zikr və təfəkkürlə məşğul olmaq məndub və daha uyğundur.

Gözümüzü və dilimizi günahlardan qoruduğumuz kimi, qulağımızı da qorumamız lazımdır. Danışılması haram olan şeyi, dinləmək də haramdır. Əl, ayaq və digər üzvlər də haramdan qorumalıdır. Oruc tutub,ancaq bədəninin üzvləri ilə günah işləyən, dərman yerinə zəhər içən xəstəyə bənzər. Çünki hər günah qəlbə sancılan zəhərli bir oxdur. İbadətlərimizin savabını yox edər, azaldar. Onun üçün oruclarımızı və digər ibadətlərimizi haram işləyərək savabı az hala gətirməməliyik!

Ey “Oruc”  tut əlimizdən,qoru bizi.