- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Göz damcısı orucu pozur?

Gözə damızdırılan dərmanın çox az hissəsi (1 millilitrin 1/20-i olan 50 mikrolitr) içəridə qalır. Bir qismi gözün qırpılması nəticısində xaric olur, geri qalanı da göz ilə burun boşluğunu birləşdirən kanallar və selikli qişadakı məsamələr vasitəsilə əmilərək bədənə sorulur. Damcının çox az hissəsinin qida borusuna çatma ehtimalı var. Bu səbəbdən deyə bilərik ki, göz damcısı orucu pozmur.

Bundan əlavə, “Fətavayi-Hindiyyə”də verilən fitva belədir:

Gözə damızdırılan dərmanın dadı boğazda hiss edilsə, oruc pozulmur.